Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkında 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidənin önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.