Dövlət Turizm Agentliyi “#DOSTXonçası” kampaniyasına qoşuldu

10:40 15.03.2019
Dövlət Turizm Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılmış və ABAD tərəfindən Agentliyə ötürülmüş estafeti qəbul edərək “#DOSTXonçası” kampaniyasına qoşulub.
 
Agentliyin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki Turizm İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən “Dost xonçamız” Şəkinin Gəncəli məhəlləsində tək yaşayan, artıq iki ildir ki, bayramı yalnız keçirən Xatirə xanım Bədəlovaya çatdırılıb. Xatirə xanım 15 il Şəkidə yerləşən ipək fabrikində kəlağayı toxuyucusu kimi çalışıb.