Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Turizm Agentliyi əməkdaşları üçün “Komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində komanda anlayışının mahiyyəti, qrup və komanda arasındakı əsas fərqlər, uğurlu komandanın formalaşma mərhələləri, effektiv əməkdaşlığın prinsipləri, ortaq məqsəd və dəyərlərin müəyyənləşdirilməsi, eləcə də komanda üzvlərinin rol və məsuliyyətlərinin düzgün bölüşdürülməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
İnteraktiv məşğələlər və praktiki tapşırıqlar vasitəsilə iştirakçılar komanda daxilində qərarvermə, resursların və prioritetlərin idarə olunması, əməkdaşlıq bacarıqlarının inkişafı, liderlik yanaşmaları və psixoloji amillərin komanda fəaliyyətinə təsiri ilə bağlı müxtəlif situasiyaları təhlil ediblər.
Təlim zamanı psixoloji təhlükəsizlik mühitinin yaradılmasının, qarşılıqlı etibarın, açıq ünsiyyətin və fərqli bacarıqların vahid məqsəd naminə səmərəli şəkildə birləşdirilməsinin komandanın effektivliyinə və iş nəticələrinə verdiyi töhfə xüsusi vurğulanıb.