“Real Vətən” Ağsunun turizm imkanlarını təqdim etdi

“Real Vətən” Ağsunun turizm imkanlarını təqdim etdi

10:52 21.02.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "Real Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında Ağsu rayonundan bəhs olunub.

Ağsu buraxılışında rayonun tarixi, ecazkar təbiəti, tarixi memarlıq nümunələri, mədəniyyəti, özünəxas mətbəxi, ekoturizm potensialı, Dilman, Kalva, Bico, Çiyni, Kövlüc kimi dağ kəndlərinin turizm imkanları, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat verilib.

Layihə çərçivəsində növbəti veriliş isə Oğuz rayonuna həsr olunacaq.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Ağsu buraxılışının videosunu təqdim edirik: