Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupun növbəti iclası keçirilib

15:12 17.07.2025
İyulun 17-də Dövlət Turizm Agentliyinin inzibati binasında Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupunun iclası keçirilib.

İclasda İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti, Sağlamlıq Turizmi Assosiyasiyasından nümayəndələr və ekspertlər iştirak ediblər.

İşçi qrup tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının icrasının təmin edilməsi” barədə Nazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli 515s nömrəli Sərəncamının bəndlərinin icrasının təmin olunması məqsədilə hazırlanan sənədlərin cari vəziyyəti ilə bağlı müzakirə keçirilib.

Həmçinin “Naftalan” kurortunda asudə vaxtın təşkil edilməsi barəsində fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Naftalanı ziyarət edən turistlərin sağlamlıq-kurort müəssisələrindən istifadəsi ilə yanaşı, asudə vaxtlarında digər sosial-mədəni fəaliyyətlərdən istifadə etmələri üçün mövcud şəraitin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.