Dağlıq Qarabağa təşkil edilən qeyri-qanuni səfərlərlə bağlı

Məlum olduğu kimi, Ermənistan tərəfi ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil etməklə qondarma rejimi təşviq etmək və legitimləşdirmək kimi məqsədlər güdür. Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərini, Dağlıq Qarabağ regionunu beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə, eləcə də beynəlxalq internet platformalarında mütəmadi olaraq təbliğ edir.

Bu baxımdan, qeyd edilən qanunsuz səfərlərin qarşısını almaq məqsədilə AR Xarici İşlər Nazirliyi tərəfindən “Arzuolunmaz şəxslər siyahısı” mexanizmi tətbiq edilməyə başlanmışdır. Bu siyahıya Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan dövlət qurumları tərəfindən verilmiş viza və ya xüsusi icazə əldə etmədən işğal olunmuş Dağlıq Qarabağ, onu əhatə edən və işğal altında olan rayonlar və işğal olunmuş kəndlərə qeyri-qanuni səfər etmiş şəxslər daxil edilir.

Siyahıdan adları çıxarılmış şəxslər də vardır ki, onlardan maarifləndirici tədbirlər vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə olan hörmətlərini əks etdirən məktublar alınmışdır, hansı ki, bu məktublar digər şəxsləri bu kimi səfərlərdən çəkindirməkdə effektiv rola malikdir.

 

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri

 

  822

Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

 30.04.1993
  853 Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.  29.07.1993
 874

Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

 14.10.1993
  884 Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.
 12.11.1993


Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı qərar qəbul olunmuşdur.

Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz  məqsədlərə görə istifadəsinin qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün mühüm rol oynamışdır.

BMÜTT-nin Turizm üzrə Qlobal Etik Kodeksi, eləcə də bu sənəd üzərində hazırlanmış Turizm Etikası üzrə Konvensiyanın müvafiq müddəalarına əsasən turistlərin təhlükəsizliyi məsələləri xüsusi vurğulanır və turizm xidməti göstərən subyektlər tərəfindən turistlərin səfər etdiyi məkanlar haqqında dəqiq və həqiqətə uyğun məlumatların öncədən verilməsi tövsiyə edilir. 

1. http://cf.cdn.unwto.org/sites/all/files/docpdf/frameworkconventionontourismethics-esdt101117.pdf
2. http://cf.cdn.unwto.org/sites/all/files/docpdf/azeri.pdf