Azərbaycan höküməti ölkəyə investisiyaların cəlb olunması və dövlət təftişlərinin sadələşdirilməsi yolu ilə turizmin inkişafı üçün ən uyğun şərait yaratmağı hədəf qoymuşdur.

“İTS-nin verilməsi aşağıdakı meyarlara əsaslanır:
 
1. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi; 
- investisiya layhəsi iki və üç ulduzlu hotellər, hostellərin tikintisi ilə bağlı olmalıdır.
 
2. İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
- Ümumi investisiya məbləği hostellər üçün 100.000 AZN, iki ulduz və üç ulduz hotellər üçün 2.000.000 AZN məbləğində olmalıdır. Yatırılmış minimal investisiya məbləği hostellər üçün 100.000 AZN, iki ulduz və üç ulduz hotellər üçün isə 2.000.000 AZN məbləğində olmalıdır. 
3. investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri üzrə meyarlar. 
- İnvestisiya layihəsi Bakı, Bakı ətrafı qəsəbələr, Abşeron, Sumqayıt və Gəncə şəhəri istisna olmaqla rayon və şəhərlərdə nəzərdə tutulmalıdır.
 
Müvafiq turizm sahələri:
 
1. Turizm və rekreasiya zonalarının hüdudları daxilində Baş inkişaf planlarına daxil olan turizm xidməti obyektlərinin tikintisi: 
• mehmanxana və ona bərabər tutulan yerləşdirmə vasitələri; 
• iaşə xidməti obyektləri; 
• əyləncə xidməti obyektləri
 
2. “Hostel” tipli yerləşdirmə vasitələrinin yaradılması
3. İki və üç ulduzlu yerləşdirmə vasitələrinin yaradılması
“İnvestisiya Təşviq Sənədi” İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilir. Sənədi almaq üçün sahibkar ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
 
 vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin surəti; 
 nəzərdə tutulmuş məbləğin 10%-nin layihəyə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd; 
 aşağıdakı meyarlara tam cavab verən biznes plan.
 
“İnvestisiya Təşviqi Sənədi”nin sahibləri 7 il müddətinə vergi və gömrük güzəştlərindən yararlana bilərlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, yerli xammal və toxuculuq ehtiyaclarını ödəmək mümkün olmadığı təqdirdə, turizm ilə bağlı investisiya layihələri dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə həyata keçirildiyi təqdirdə idxal edilən mallar gömrük rüsumundan azad edilir. Bir şərtlə ki, layihəni icra etmək üçün mövcud ehtiyacları yerli xammal və materiallar hesabına ödəmək mümkün olmasın.