Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanılıb.
Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 33 Hökumətlərarası Saziş (22-si qüvvədədir), 17 Anlaşma Memorandumu (12-si qüvvədədir), 2020-2024-cü illər üçün turizm sahəsi üzrə 5 Əməkdaşlıq Proqramı imzalanıb.
Dövlət Turizm Agentliyi təsis edildikdən sonra isə 4 Hökumətlərarası Saziş və 10 Anlaşma Memorandumu imzalanmışdır. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.