Müstəqil publik hüquqi şəxs olan ATB turizm sənayesinin Azərbaycanın aparıcı iqtisadi sahəsi olması məqsədilə ölkənin turizm potensialının marketinqi, təbliği və mövqeləndirilməsi ilə məşğuldur.

Mərkəzin tərkibinə aşağıdakı qoruqlar daxildir:

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla)

“Kiş” Tarix-Memarlıq Qoruğu

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu