DTA əməkdaşları üçün “Rəhbərdən əsl liderə: idarəetmə bacarıqları” mövzusunda təlim keçirilib

11:05 12.10.2023
10-11 oktyabrda Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Rəhbərdən əsl liderə: idarəetmə bacarıqları” mövzusunda təlim təşkil olunub.

Təlim “Falcon Consulting Group” şirkətinin rəhbəri Şahin Qədimli tərəfindən həyata keçirilib.

Təlim zamanı əməkdaşlar idarəetmə tərzləri, onların güclü və zəif tərəfləri, sistemli idarəetmənin prinsipləri, rəhbərin məsuliyyət sahələri və vəzifələri, rəhbərin şəxsi effektivliyi, idarəetmədə tipik səhvlər və köməkçi texnikalar barədə ətraflı məlumat verilib.

İdarəetmə bacarıqlarını inkişaf etdirmək və konstruktiv həll yollarını müəyyən etmək bacarıqlarının formalaşdırılması məqsədilə iştirakçılar qrup şəklində tapşırıqlar icra ediblər. İnteraktiv keçən təlim müddətində iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.