Milli Ulduz Təsnifatı və ona müraciətlə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
Bəli, olar. 25 aprel 2017-ci il tarixli № 632-VQD nömrəli “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən aşağıdakı mehmanxana və mehmanxana tipli obyektlər yaşayış sahəsi hesab edilir.
Yaşayış sahələrindən aşağıda adları qeyd edilmiş yerləşdirmə vasitələri kimi istifadə etmək olar.
Yerləşmə vasitələrinin növləri:
1. Mehmanxanalar və motellər
2. Sanatoriyalar
3. Pansionatlar
4. Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri
5. İstirahət evləri
6. İstirahət bazaları
7. İstirahət mərkəzləri
8. Qonaq evləri
9. Sağlamlıq düşərgələri
10. İdman düşərgələri
11. Ovçu (balıqçı) evləri
12. Turist bazaları
13. Turist evləri
14. Kempinqlər
15. Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.)
16. Çoxmənzilli binalarda mənzillər (otaqlar)
17. Hostellər
18. Dağ sığınacaqları
19. Uşaq sağlamlıq düşərgələri
Mülkiyyətçi tərəfindən özəl mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin yuxarıda qeyd olunan yerləşmə vasitələri kimi istifadə edilməsi üçün Mənzil Məcəlləsinin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur.
Azərbaycanın turizm potensialı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edən “Azerbaijan.travel”, Bakı şəhərindəki gəzməli-görməli məkanlar və xidmətlərin yer aldığı “Salambaku.travel” və turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflərin olduğu “Macerayaxindadir.az” veb-saytlarını ziyarət edə bilərsiniz.