9 iyun 2009-cu ildə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qanunda Azərbaycan vətəndaşlarının istər yerli, istərsə də beynəlxalq platformalarda könüllü şəkildə fəaliyyətinin təmin olunması üçün müddəalar, fəaliyyət istiqamətləri, hüquq və vəzifələr öz əksini tapıb.

Müvafiq qanunun qəbulundan sonra bir çox mərkəzi icra orqanlarının nəznində fəaliyyət göstərən könüllülər hərəkatları, İctimai Birliklər və könüllü proqramları təsis edilib.

Dövlət Turizm Agentliyinin ölkəmizdə fəaliyyətinə dəstək, Bakıda və regionlarda turizm sahəsi üzrə təhsil alan, bu sahədə çalışmağa maraqlı olan gəncləri vahid platforma ətrafında toplamaq, müvafiq gənclərin dayanıqlı şəkildə inkişaf edən turizm siyasətinə öz töhfələrini verməsinə şərait yaratmaq, eyni zamanda, vətəndaş cəmiyyətinin formalaşdırılmasına dəstək məqsədi ilə "Turizm Könüllüləri" Təşkilatı üzvlüyə qəbul prosesinə başlayıb.

Turizm sahəsi üzrə təhsil alan və ya müvafiq sahədə fəaliyyət göstərmək istəyən gənclər təşkilata üzv olaraq yaradılacaq imkanlardan yararlana bilər.

"Turizm Könüllüləri" Təşkilatının əsas məqsədləri aşağıdakılardır:

  • Ölkədə turizm sahəsi üzrə dayanıqlı şəkildə peşəkar mütəxəssislərin yetişdirilməsi;
  • Könüllülərin maarifli və şüurlu şəkildə turizm barədə məlumatlandırılması və eyni zamanda, müvafiq sahə ilə bağlı fəaliyyətə cəlb olunmalarına, öz töhfələrini verməyə şəraitin yaradılması, onların şəxsi inkişafı məqsədi ilə müxtəlif inkişaf konsepsiyalarının, təlim və seminarların həyata keçirilməsi;
  • Bakı və regionlarda təlim görmüş və xüsusi ekspertlər tərəfindən yetişdirilmiş könüllülər vasitəsilə vətəndaşlar arasında turizm anlayışının, onların turizmin inkişafına və öz şəxsi büdcələrinə dəstək üsullarının, ümumilikdə turizm şüurluluğunun təbliğ olunmasına imkan yaratmaq;
  • Turizm könüllülərindən ibarət vahid bazanın yaradılması, onların kateqoriyalar üzrə qruplaşdırılması və turizm sahəsi üzrə müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb olunması.

Qurumun fəaliyyət istiqamətləri aşağıdakı formada təşkil olunacaqdır:

  • Bakı və regionlarda könüllülərin dəstəyi ilə məlumatlılıq səviyyəsinin artırılması;
  • Bakı və regionlarda yerləşən təhsil müəssisələrində təhsil alan gənclərlə iş;
  • Qoruqlar və tarixi-mədəni abidələrin təbliğatı istiqamətində işlərin görülməsi;
  • Könüllülərin İnkişaf Konsepsiyası çərçivəsində təlimlər, seminarlar və layihələrin təşkili;
  • Könüllülər tərəfindən ictimai xidmətlərin təşkil olunması;
  • Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumların həyata keçirdiyi layihələrə könüllülərin cəlb olunması.

Qeyd edək ki, "Turizm Könüllüləri" Təşkilatı ona üzv olan gənclərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı və könüllülərin milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə təcrübə qazanmaqlarına şərait yaratmaq, ölkədə turizm sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi üzrə müxtəlif inkişaf konsepsiyalarının, layihə və proqramların həyata keçirilməsi, turizm könüllülərinin liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində iş aparmaq, könüllülərin ölkəmizdə yerləşən qoruqlarla, tarixi və mədəni-irsi abidələrlə tanışlığını, regionlarda könüllülərin vasitəsi ilə turizm anlayışının aşılanmasını təmin etməyi planlaşdıran gənclər platformasıdır.


Qeydiyyat üçün buraya klik edin. 
Əlavə məlumat: Facebook | Instagram | Twitter | Linkedin | Telegram