Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib.
1998-ci ildə İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007-2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib. 2014-2017-ci illər ərzində nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixində Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 aprel tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Sədri vəzifəsinə təyin edilib.
Hüquq elmləri namizədidir, rus və ingilis dillərini bilir.
Evlidir, üç övladı var.
Florian Zenqstşmit Avstriyada anadan olub. O, iyirmi ildən artıq müddətdə beynəlxalq səyahət və turizm sənayesində çalışmış, lüks dərəcəli hoteldə marketinq menecerindən başlayaraq Avstriyanın Rusiyadakı səfirliyində maliyyə attaşesi vəzifəsinə kimi yüksəlmişdir.
Florian Zenqstşmit Avstriya Milli Turizm Bürosunun MDB ölkələrindəki təmsilçisi olmaqla yanaşı, öz konsultasiya şirkəti – EUDS-un əsasını qoymuş və Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru olmuşdur.
Dünyanın müxtəlif ölkələrində əldə etdiyi təcrübə ona əməliyyatların strateji idarə olunması və turizmin inkişafı üçün müxtəlif yanaşmaları birgə tətbiq etmək kimi bacarıqlar qazandırmışdır.
Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub.
2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb.
2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr təhsili alıb.
2023–2024-cü illərdə İspaniya Krallığının Madrid şəhərində yerləşən İE Universitetinin Biznes məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.
2016–2017-ci illərdə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıb. 2017–2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində fəaliyyət göstərib.
2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
2022-ci ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniya Krallığının Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik vəzifəsində çalışıb.
2025-ci ilin oktyabr ayından Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.
İngilis, rus və ispan dillərində sərbəst danışır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
Turizm siyasəti və strategiyası şöbəsi haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyinin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.
1.4. Şöbənin tərkibində Strateji planlaşdırma və inkişaf sektoru,Turizmin tənzimlənməsi və sənaye ilə iş sektoru, Təhsil və təlim sektoru fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. vahid turizm siyasətinin formalaşdırılmasında, uzlaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak edir;
2.1.2. turizmin dayanıqlı inkişafı məqsədilə strateji çərçivənin formalaşmasını təmin edir, əlaqələndirir, icra edir, icrasına nəzarət edir və hesabatlılığı təmin edir;
2.1.3. turizm sahəsində maraqlı tərəflərin effektiv idarəetmə və əməkdaşlıq çərçivəsinin qurulması, təkmilləşdirilməsi və əlaqələndirilməsində iştirak edir;
2.1.4. turizm sahəsində dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafında iştirak edir;
2.1.5. turizm sahəsində rəsmi statistikanın və uçotun aparılması istiqamətində təkliflər verir, turizm sahəsində vahid məlumat bazasının formalaşdırılmasında iştirak edir, təhlil və icmallar hazırlayır;
2.1.6. Agentlik tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması ilə bağlı təkliflər verir və icra prosesində iştirak edir;
2.1.7. turizm sahəsinin iqtisadi və hüquqi tənzimləmə çərçivəsini formalaşdırır və təkmilləşdirir;
2.1.8. turizm sahəsinə investisiya qoyuluşunun təşviq olunmasında iştirak edir;
2.1.9. turizm sahəsində dövlət-özəl sektor əməkdaşlığını dəstəkləyir;
2.1.10. turizm baxımdan əlaqəliliyin və əlçatanlığın təkmilləşdirilməsində iştirak edir;
2.1.11. prioritet turizm növlərinin müəyyən edilməsində və inkişafının təmin edilməsində iştirak edir;
2.1.12. turizm sahəsində marketinq strategiyasının hazırlanmasında iştirak edir;
2.1.13. turizm sahəsində infrastrukturun inkişafı ilə bağlı istiqamətləri müəyyən edir, müvafiq dövlət proqramlarının formalaşması və həyata keçirilməsində iştirak edir;
2.1.14. turist məmnunluğunun artırılması, keyfiyyətli turizm xidmətlərinin göstərilməsinin təmini məqsədi ilə aidiyyəti qurumlarla birlikdə turizmin keyfiyyət sisteminin yaradılmasını təmin edir;
2.1.15. turizm sahəsində qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqinin təşviq edilməsində iştirak edir;
2.1.16. turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını dəstəkləmək.
3. Şöbənin vəzifələri
3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. turizm siyasətinə dair sənədlərin ekspert qiymətləndirilməsi metodologiyasını formalaşdırmaq;
3.1.2. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumları və digər dövlət orqanları tərəfindən hazırlanmış siyasət sənədlərinin, o cümlədən hüquqi aktların layihələrinə dair ekspert qiymətləndirilməsi aparmaq, rəy və təkliflər hazırlanmaq, eyni zamanda onların hazırlanmasında iştirak etmək;
3.1.3. turizmin davamlı və dayanıqlı inkişafı məqsədilə siyasət təşəbbüsləri, habelə dövlət strategiyaları hazırlamaq, həyata keçirmək, icrasına nəzarət etmək və hesabatlılığı təmin etmək;
3.1.4. turizmin prioritet inkişaf sahələri üzrə layihələr hazırlamaq, həyata keçirmək, icrasına nəzarət etmək və hesabatlılığı təmin etmək;
3.1.5. verilmiş tapşırıqların, əmr, sərəncam, qərar, fərmanlar ilə Agentliyə həvalə olunmuş tədbirlərin icrasına nəzarət etmək və hesabatlılığı təmin etmək;
3.1.6. turizm sahəsinə dövlət nəzarəti və sahənin tənzimlənməsi ilə bağlı təkliflər vermək və zəruri tədbirlər görmək;
3.1.7. investisiya layihələrinin turizm siyasəti ekspertizasının və iqtisadi əsaslandırmasının hazırlanmasını təmin etmək, o cümlədən sahənin inkişafı üçün əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə təkliflər vermək və zəruri tədbirlər görmək;
3.1.8. turizm sənayesi subyektlərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, habelə onların fəaliyyətinə nəzarət etmək;
3.1.9. turistlərin hüquqlarını və qanuni maraqlarını müdafiə, onların təhlükəsizliyini təmin etmək;
3.1.10. turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsini təmin etmək;
3.1.11. turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək, bu məqsədlə sahibkarlar və turizm sənaye assosiasiyaları ilə əməkdaşlıq etmək;
3.1.12. Turizm Reyestrinin aparılmasını təmin etmək;
3.1.13. turizm sahəsində elektron xidmətlərin təşkili ilə bağlı təkliflər vermək;
3.1.14. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm sahəsi üzrə təhsil proqramlarını (kurikulumları) və peşə standartlarını hazırlamaq və tətbiqini təmin etmək;
3.1.15. turizm sənayesinin kadr tələbatı nəzərə alınmaqla bu sahədə ixtisaslı kadrların hazırlanmasını təmin etmək;
3.1.16. turizm sahəsində elmi tədqiqat və araşdırmaların aparılmasını, innovasiya yönümlü layihələrin həyata keçirilməsini və turizm xidmətlərinin yeni texnologiyalar əsasında göstərilməsini dəstəkləmək, bu məqsədlə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri və turizm sənayesinin subyektləri ilə əməkdaşlıq etmək;
3.1.17. Azərbaycan Respublikasının cəlbedici turizm ölkəsi kimi tanınması, turizm imicinin formalaşması və qorunması məqsədilə effektiv marketinq strategiyası, marketinq və kommunikasiya planlarının hazırlanması və icrasında, məqsədyönlü və koordinasiyalı təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
3.1.18. turizm sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsinə şərait yaratmaq;
3.1.19. Ölkənin beynəlxalq turizm bazarında mövqeyini mütəmadi təhlil etmək və rəqabətliliyini artırmaq məqsədilə zəruri təkliflər vermək və müvafiq tədbirlər görmək;
3.1.20. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq Agentliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.
5.1. Strateji planlaşdırma və inkişaf sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1. turizm siyasətinin milli səviyyədə priroritet istiqamətlərinin müəyyən edilməsi, digər sahəvi dövlət siyasətləri ilə uzlaşdırılmasının təmin edilməsi istiqamətində tədbirlər görmək;
5.1.2. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumları və digər dövlət orqanları tərəfindən hazırlanmış siyasət sənədlərinin, o cümlədən hüquqi aktların layihələrinə dair ekspert qiymətləndirilməsi aparmaq, aidiyyəti üzrə rəy və təkliflər hazırlamaq, eyni zamanda onların hazırlanmasında iştirak etmək;
5.1.3. turizm sahəsinin milli strateji inkişaf çərçivəsini təkmilləşdirmək (fəaliyyət, icraya nəzarət, əlaqələndirmə, monitorinq, qiymətləndirmə mexanizmləri), milli turizm strategiyasının həyata keçirilməsini təmin etmək;
5.1.4. turizm sektorunun, o cümlədən, Agentliyin və strukturuna daxil olmayan tabeliyindəki qurumların qısa, orta müddətli və uzunmüddətli hədəflər çərçivəsinin müəyyən edilməsini təmin etmək;
5.1.5. turizm sahəsinin dövlət idarəetməsi və maliyyələşdirilməsi ilə bağlı qanunvericiliyin təhlilini aparmaq, ehtiyacları müəyyənləşdirmək və müvafiq fəaliyyət planlarını formalaşdırmaq;
5.1.6. turizm növlərinin inkişafına dair strateji inkişaf çərçivələrinin hazırlanması ilə bağlı təşəbbüs göstərmək, hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
5.1.7. regional və yerli turizm idarəetmə və inkişaf planlarınının turizm siyasəti baxımından ekspert qiymətləndirilməsini aparmaq, regional turizm idaretmə və inkişaf çərçivələrinin formalaşmasında iştirak etmək;
5.1.8. verilmiş tapşırıqların, əmr, sərəncam, qərar, fərmanlarla müəyyən edilmiş tədbirlərin, vəzifələrin icrasına nəzarət mexanizmini formalaşdırmaq və hesabatlılığı təmin etmək;
5.1.9. turizm sahəsinin institusional bazasının inkişafı ilə bağlı təkliflər vermək;
5.1.10. turizm sahəsinin hüquqi tənzimlənmə istiqamətləri bağlı rəy və təkliflər vermək;
5.1.11. turizm sahəsinin iqtisadi tənzimləmə istiqamətləri (qrant, birbaşa maliyyə yardımı, fiskal güzəşt və azadolma, kredit məhsulları) və alətləri ilə bağlı rəy və təkliflər vermək;
5.1.12. turizm sahəsində zəruri standartların istiqamətləri və sertifikatlaşma sisteminin formalaşdırılması ilə bağlı təkliflərlə çıxış etmək;
5.1.13. turizmlə bağlı sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasını təmin etmək;
5.1.14. turizm statistikasının inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı rəy və təkliflər vermək;
5.1.15. turizm sahəsində marketinq və kommunikasiya planının formalaşması istiqamətində rəy və təkliflər vermək;
5.1.16. turizm əlaqəliliyinin və əlçatanlığının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflər vermək;
5.1.17. turizm sahəsində maarifləndirmənin aparılması istiqamətləri ilə bağlı rəy və təkliflər vermək;
5.1.18. turizm sahəsində dövlət inzibatçılığının təkmilləşdirilməsi ilə bağı rəy və təkliflər vermək;
5.1.19. turizm sahəsində innovasiya eko-sisteminin formalaşması, innovasiya və rəqəmsalllaşmanın istiqamətləri ilə bağlı rəy və təkliflər vermək, layihələrin icrasını təşkil etmək və ya müvafiq formada iştirakı təmin etmək;
5.1.20. turizm sahəsinin infrastruktur inkişafı istiqamətlərinin müəyyən olunmasında, dövlət investisiya proqramlarının icrasında iştirak etmək, özəl investisiyaların cəlb edilməsi üçün dövlət-özəl əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək;
5.1.21. turizm sahəsinin kadr potensialının artırılması istiqamətində rəy və təkliflər vermək;
5.1.22. aidiyyəti üzrə daxil olmuş müraciətlərin cavablandırılmasını təşkil etmək;
5.1.23. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
5.1.24. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
8. Şöbənin fəaliyyətinin təşkili
8.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
8.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
8.3. Şöbə müdiri:
8.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
8.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
8.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Agentliyin Kollegiya iclaslarında iştirak edir;
8.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
8.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri məlumat və sənədləri alır;
8.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
8.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.
8.4. Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
8.5. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
8.6. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini həyata keçirir.
8.4. Şöbənin sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.
8.5. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
8.6. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin icraçısı olduğu və ya hazırlanmasında iştirak etdiyi sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
8.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
Mədəni irs və regional turizm şöbəsi haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyinin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.
1.4. Şöbənin tərkibində Mədəni irsin idarə edilməsi və Regional turizmin inkişafı sektoru fəaliyyət göstərir
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. regional turizm, habelə Agentliyin tabeliyindəki dövlət qoruqlarının (bundan sonra - qoruqlar) idarə olunması sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsində iştirak edir;
2.1.2. Qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsi və onların turizm yönümlü istifadəsi ilə bağlı regional siyasət və strategiyanın formalaşdırılmasında iştirak edir;
2.1.3. Qoruqlarda turizm məhsullarının inkişafı, onun təbliği və rentabelliliyinin təmini məqsədilə müvafiq tədbirləri icra edir;
2.1.4. regionlarda turizm infrastrukturunun inkişafına dair müvafiq tədbirlər həyata keçirir və baş planların turizm əsaslı inkişafında iştirak edir;
2.1.5. Agentliyin regional turizm idarələrinin və tabeliyindəki turizm informasiya mərkəzlərinin fəaliyyətini təşkil edir, müvafiq istiqamətdə əməkdaşların bilik və bacarıqlarının artırılmasında birbaşa iştirak edir;
2.1.6. regionlarda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Agentlik arasında əməkdaşlığın qurulmasını təmin edir və regional turizm şuralarının fəaliyyətini təşkil edir;
2.1.7. xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət daşıyan, təbiəti mühafizə, tarixi və mədəni irsi qoruma, turizmin dayanıqlı təşkili və davamlı inkişafı, investisiya qoyuluşunun təşviqi məqsədilə ayrılan, habelə sahibkarlıq subyektlərinin inkişafına kömək edən turizm əhəmiyyətli ərazilər olan turizm və rekreasiya zonalarının inkişafı ilə bağlı müvafiq tədbirlər görür;
2.1.8. regionlarda turizmin inkişafı ilə bağlı tədqiqatlarda iştirak edir və nəticələri emal edir;
2.1.9. regionlarda turizm məhsullarının inkişafı, şaxələndirilməsi və təbliği ilə bağlı müvafiq tədbirlər görür;
2.1.10. regionlarda turizm sənayesinin dayanıqlı və davamlı inkişafı məqsədilə maarifləndirmə işlərini həyata keçirir;
2.1.11. turizm sənayesində insan resurslarının inkişafı və əmək bazarında iştirakçılığın artırılmasını təmin edir;
2.1.12. turizm sənayesinin rəqəmsallaşması məqsədilə müvafiq tədbirlər görür.
3. Şöbənin vəzifələri
3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Agentliyin turizm siyasəti və strategiyasına əsasən regionlarda və qoruqlarda turizmin müxtəlif növlərinin inkişafı ilə bağlı tədbirlər görmək;
3.1.2. aidiyyəti təşkilatlarla birlikdə turizm destinasiyalarının, turizm və rekreasiya zonalarının, qoruqların inkişaf istiqamətlərini, yerli və xarici turistlər üçün Azərbaycan Respublikası ərazisində turizm məhsulları və marşrutlarını inkişaf etdirmək;
3.1.3. Agentliyin regional turizm idarələrinin və turizm informasiya mərkəzlərinin fəaliyyətini təşkil etmək və ona nəzarəti həyata keçirmək;
3.1.4. turizm dəyər zəncirinə uyğun olaraq regionlarda, habelə qoruqlar və turizm və rekreasiya zonalarında maraqlı tərəflərlə birlikdə biznes layihələrinin koordinasiyasını təmin etmək;
3.1.5. regionlarda, habelə qoruqlar və turizm və rekreasiya zonalarında turizm infrastrukturunun yaradılması üçün investisiya cəlb olunması məqsədilə Agentliyin müvafiq struktur bölmələri və digər maraqlı tərəflərlə birlikdə fəaliyyət planları hazırlamaq və icra etmək;
3.1.6. regionlarda turizmin inkişafı ilə bağlı normativ hüquqi akt layihələrinin, aidiyyatı dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak etmək və müvafiq tədbirləri həyata keçirmək;
3.1.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahələr üzrə dövlət standartlarının ilkin layihələrinin hazırlanmasında iştirak etmək və dövlət standartlarına dair təkliflər vermək;
3.1.8. regional turizmin inkişafı məqsədilə digər dövlət orqanları (qurumları) ilə əməkdaşlığı və koordinasiyanı təmin etmək;
3.1.9. turizm və rekreasiya zonalarının inkişafında və turizm mərkəzlərinin fəaliyyətinə dövlət nəzarətində iştirak etmək;
3.1.10. Agentliyin tabeliyində olan və regionlarda yerləşən təsərrüfat hesablı qurumların fəaliyyətinə dair Agentliyin siyasətindən irəli gələn işlərin görülməsini təmin etmək;
3.1.11. turizm tələbinin ilboyu formalaşması və bu istiqamətdə zəruri xidmət infrastrukturunun və mexanizmlərin formalaşdırılması məqsədilə müvafiq tədbirlər görmək;
3.1.12. Azərbaycan Respublikası regionlarının, ayrı-ayrı şəhərlərinin turizm potensialından tam faydalanmaq üçün müvafiq təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
3.1.13. Azərbaycan Respublikasının müvafiq sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzrə işlərin həyata keçirilməsində iştirak etmək;
3.1.14. Agentliyin sədrinin tapşırığına əsasən şöbənin fəaliyyəti ilə bağlı sahələrin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;
3.1.15. icmalar və turistlər arasında məlumatlılığın artırılması məqsədilə maarifləndirmə işini həyata keçirmək;
3.1.16. turizm sahəsində müvafiq infrastrukturun inkişafını təmin etmək;
3.1.17. fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Agentliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək və ictimai məlumatlandırmanı təmin etmək;
3.1.18. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.1.19. regionlarda turizm fəaliyyətlərini dayanıqlılıq və davamlılıq prinsipləri əsasında icra etmək;
3.1.20. icmaların turizm sənayesinə cəlb edilməsi ilə bağlı təkliflərin verilməsi və onların müvafiq qaydada icrasını təmin etmək;
3.1.21. Şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlamaq;
3.1.22. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq Agentliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı müəyyən edilmiş qaydada sorğular vermək;
4.1.2. fəaliyyət istiqamətlərinə uyğun məlumatları Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan əldə etmək;
4.1.3. fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.4. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;
4.1.5. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların layihələrinin, dövlət proqramlarının hazırlanmasında iştirak etmək və ya hazırlanmış layihələrə dair rəy və təkliflər vermək;
4.1.6. elmi-tədqiqat yönümlü dəyirmi masalar və konfranslar, seminarlar təşkil etmək, həmçinin əməkdaşların dövri nəşrlərdə, yerli və xarici kütləvi informasiya vasitələrində, elmi, tədqiqat xarakterli tədbirlərdə (konfrans, simpozium və s.) yazılarla, çıxışlarla müntəzəm iştirakını təşkil və təşviq etmək, habelə sözügedən istiqamətdə layihələri hazırlayaraq təklif etmək;
4.1.7. turizm sahəsinin sürətli inkişafını təmin edəcək innovasiyaların tətbiqinə və turizm məhsullarının rəqəmsallaşmasına dair təkliflər vermək;
4.1.8. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;
4.1.9. yerli və xarici elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi proqramlarına dair layihələr təklif etmək;
4.1.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək və onların pedoqoji fəaliyyətə cəlb edilməsini dəstəkləmək;
4.1.11. Agentliyin digər struktur bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.1.12. Regional turizm idarələrinin fəaliyyətini təşkil etmək, optimallaşdırmaq və digər struktur bölmələri ilə əlaqəsini təmin etmək.
5. Mədəni irsin idarə edilməsi sektorunun funksiyaları
5.1. Mədəni irsin idarə edilməsi sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1. qoruqlarda mədəni irs sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə (bundan sonra – QİM) təmin etmək;
5.1.2. qoruqlarda turizm infrastrukturunun yaradılmasına dair müvafiq tədbirlər həyata keçirmək;
5.1.3. qoruqlarda mədəni irsin mühafizə olunması və turizm infrastrukturunun inkişafı məqsədilə investisiyanın cəlb edilməsinə dair müvafiq tədbirlər görmək;
5.1.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, qoruqların ərazilərində dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarında tikintiyə icazə verilməsi ilə bağlı müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək və baş plan layihələrinin tarix və mədəniyyət abidələrinə uyğunluğuna dair rəy və təkliflər vermək;
5.1.5. QİM ilə birlikdə qoruqlarda həyata keçirilən layihələri koordinasiya etmək və qarşıya çıxan məsələlərin digər dövlət qurumları qarşısında qaldırılmasını təmin etmək;
5.1.6. QİM ilə birlikdə qoruqlara aid planlaşdırma, nəzarət və əlaqələndirmə işlərini təşkil etmək;
5.1.7. qoruqlarların idarəetmə planınin, digər proqram və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak etmək;
5.1.8. mədəni irsin mühafizəsi sahəsində maarifləndirmə tədbirləri görmək;
5.1.9. qeyri-maddi mədəni irs nümunələrinin turizm fəaliyyətinə cəlb edilməsini və mədəniyyət və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin turizm sənayesi vasitəsilə dəstəkləmək;
5.1.10. dövrlər üzrə hesabatların layihələrinə və Agentliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;
5.1.11. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
5.1.12. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
6. Regional turizmin inkişafı sektorunun funksiyaları
6.1. Regional turizmin inkişafı sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyənedilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
6.1.1. regional turizmin inkişafı məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər vermək və strategiya sənədilərini hazırlamaq;
6.1.2. turizm tələbinin ilboyu formalaşması və bu istiqamətdə zəruri xidmət infrastrukturunun və digər layihələrin inkişafı məqsədilə müvafiq tədbirlər görmək;
6.1.3. turizm və rekreasiya zonalarında Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi ilə birlikdə turizm sahəsinin inkişafı ilə bağlı tədbirlər görmək;
6.1.4. turizm destinasiyalarının turizm potensialını müəyyənləşdirmək, müvafiq strateji planlaşdırma sənədlərini, habelə inkişaf konsepsiyalarını hazırlamaq;
6.1.5. Agentliyin regional turizm idarələri və tabeliyindəki turizm informasiya mərkəzlərinin fəaliyyətindən irəli gələn məsələləri həll etmək;
6.1.6. Agentliyin tabeliyində olan və regionlarda yerləşən təsərrüfathesablı qurumların fəaliyyətinin inkişafı, habelə, onların fəaliyyətinə investisiyanın cəlb edilməsinə dair müvafiq strategiya sənədinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
6.1.7. Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentlik tərəfindən həyata keçirilən qrant müsabiqələrini təşkil etmək;
6.1.8. regional turizm resurslarının səmərəli istifadəsini, habelə turizm xidmətlərinin keyfiyyət səviyyəsinin mütəmadi qaydada qiymətləndirilməsini həyata keçirmək;
6.1.9. maddi və qeyri-maddi turizm məhsullarının inkişafı və rəqəmsallaşması məqsədilə tədqiqatlar aparmaq, təkliflər hazırlamaq və icra etmək;
6.1.10. turizm məhsullarının təbliği məqsədilə təkliflər hazırlamaq və fəaliyyətləri koordinasiya etmək;
6.1.11. regionlarda icra edilən müxtəlif turizm layihələrini dəstəkləmək məqsədi ilə beynəlxalq və yerli qurumlarla əməkdaşlığı təmin etmək;
6.1.12. regionlarda turizm sahəsində sahibkarlığın inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi üçün təşviqedici proqramlar hazırlamaq, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və tətbiq edilməsinə dair təkliflər vermək;
6.1.13. regionlarda turizm sənayesi subyektlərinin maarifləndirmə proqramlarını həyata keçirmək;
6.1.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Agentliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;
6.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentlikdə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil etmək və onların işində iştirak etmək;
6.1.2. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
6.1.3. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
7. Şöbənin fəaliyyətinin təşkili
7.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
7.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
7.3. Şöbə müdiri:
7.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
7.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
7.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Agentliyin Kollegiya iclaslarında iştirak edir;
7.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
7.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri məlumat və sənədləri alır;
7.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
7.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.
7.4. Şöbənin sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.
7.5. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
7.6. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin icraçısı olduğu və ya hazırlanmasında iştirak etdiyi sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
7.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
İnsan resurlarının idarə edilməsi və hüquq şöbəsi haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyinin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.
1.4. Şöbənin tərkibində Dövlət qulluğu və kadr siyasəti sektoru, Daxili nəzarət və audit sektoru və Hüquq sektoru fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir;
2.1.2. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət qulluğu və kadr işini, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir;
2.1.3. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət qulluğu və kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;
2.1.4. dövlət qulluqçularının əlavə peşə təhsili və təlim ehtiyaclarının müəyyən edilməsini, peşə ixtisas hazırlığını, mədəni və təhsil səviyyəsinin inkişaf etdirilməsini və bu istiqamətdə tədbirlərin həyata keçirilməsini təmin edir;
2.1.5. kadr potensialının inkişaf etdirilməsi sahəsində aparılan islahatların formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir;
2.1.6. Agentliyin struktur bölmələrinə və strukturuna daxil olmayan tabeliyindəki qurumlara təcrübəli və ixtisaslı kadrların seçilib yerləşdirilməsini həyata keçirir;
2.1.7. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarında daxili nəzarət və daxili auditlə bağlı tədbirləri təşkil edir və həyata keçirir;
2.1.8. Agentliyin turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və Agentliyin tabeliyindəki dövlət qoruqlarının (bundan sonra - qoruqlar) ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində normayaratma fəaliyyətini təmin edir;
2.1.9. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda Agentliyin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş normativ və qeyri-normativ hüquqi aktların tətbiqini təşkil edir;
2.1.10. Agentliyin bağladığı satınalma müqavilələri, habelə digər mülki-hüquqi müqavilələrin hüquqi ekspertizasını təşkil edir və ya onlara dair rəy verir;
2.1.11. normativ hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərinin təşkilini və təkmilləşdirilməsini, Agentliyin məhkəmələrdə təmsil olunmasını, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir;
2.1.12. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir.
3. Şöbənin vəzifələri
3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. turizm sahəsində dövlət siyasətinin və idarəetməsinin həyata keçirilməsi ilə bağlı Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinə dair icrası məcburi olan qərar, əmr və sərəncamların verilməsi üzrə təkliflər vermək;
3.1.2. Agentliyin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə, dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
3.1.3. Agentliyin struktur bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək;
3.1.4. kadr məsələləri ilə bağlı rəhbərliyə təkliflər vermək, əmr, hesabat və arayışlar hazırlamaq;
3.1.5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Agentliyin struktur bölmələrində inzibati və yardımçı vəzifələrin tutulması üçün müvafiq işlər görmək;
3.1.6. Agentliyin struktur bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan əməkdaşlar barədə (təyinat, xitam, mükafatlandırılma və intizam məsuliyyətinə cəlb edilmə haqqında və s.) müvafiq əmrlərin hazırlanmasında iştirak etmək;
3.1.7. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, daxili audit yoxlamaları və monitorinqlər həyata keçirmək;
3.1.8. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda aparılan kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqlari müzakirə etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
3.1.9. normativ hüquqi aktların layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək;
3.1.10. turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində Agentliyin normayaratma fəaliyyətini təmin etmək və bununla bağlı müvafiq işləri həyata keçirmək;
3.1.11. turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində qanunvericiliyinin tətbiqi ilə bağlı Agentliyin struktur bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların müraciətlərinə baxmaq və qanunvericilik çərçivəsində izahlar vermək;
3.1.12. turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan daxil olmuş təklifləri ümumiləşdirib Agentliyin rəhbərliyinə təqdim etmək;
3.1.13. Agentliyin normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün müvafiq qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etmək;
3.1.14. Agentliyin rəhbərliyinə imzalanmaq üçün təqdim edilmiş əmr, sərəncam və digər hüquqi aktların layihələrinin qanunvericilik aktlarına uyğunluğu barədə rəy vermək;
3.1.15. Agentliyin əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
3.1.16. turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;
3.1.17. məhkəmələrdə mübahisəli məsələlər üzrə iddialara baxılarkən Agentliyin maraqlarını müdafiə etmək;
3.1.18. Şöbənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxmaq və daxil olmuş sorğulara vaxtında cavab vermək;
3.1.19. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq Agentliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;
4.1.2. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyin nümayəndəsi kimi iştirak etmək;
4.1.3. Agentliyin struktur bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.1.4. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda daxili nəzarət tədbirləri, o cümlədən daxili audit yoxlamaları, xidməti araşdırmalar, monitorinqlər və müşahidə-baxış tədbirləri həyata keçirmək;
4.1.5. işçilərin ictimai və mənəvi tələbat səviyyəsinin, əməyin məhsuldarlığının və səmərəsinin artırılmasına imkan yaradan, daha əlverişli sosial-psixoloji şəraitin yaradılmasına yönəldilən tədbirlərin işlənib hazırlanması və tətbiqi məqsədilə Agentlikdə sosioloji sorğular aparmaq;
4.1.6. Agentliyin sədrinin tapşırığına əsasən şöbənin fəaliyyəti ilə bağlı sahələrin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;
4.1.7. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;
4.1.8. vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı müəyyən edilmiş qaydada sorğuların verilməsini təklif etmək;
4.1.9. Şöbənin əməkdaşlarının ixtisasının artırılması üçün təkliflər vermək;
4.1.10. Fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.11. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.1.12. Agentliyin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair rəhbərliyə təkliflər vermək;
4.1.13. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
4.1.14. fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək.
5. Dövlət qulluğu və kadr hazırlığı sektorunun funksiyaları
5.1. Dövlət qulluğu və kadr siyasəti sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda səlahiyyətləri daxilində kadr strategiyasını həyata keçirmək;
5.1.2. kadr təlabatına uyğun ixtisaslı kadrların seçilməsini və yerləşdirilməsini təmin etmək;
5.1.3. insan resursları sisteminin formalaşdırılması və inkişafı istiqamətində təkliflər vermək;
5.1.4. Agentliyin struktur bölmələrində çalışan dövlət qulluqçularının potensialından daha səmərəli istifadə olunması ilə bağlı təkliflər vermək;
5.1.5. kadr potensialının inkişaf etdirilməsi, bilik, bacarıqların artırılması üçün təlimlər təşkil etmək;
5.1.6. ixtisaslarının artırılmasına və yenidənhazırlıq kurslarına cəlb edilməsi sahəsində müvafiq işlər görmək;
5.1.7. Dövlət Proqramlarında və Fəaliyyət Planlarında insan resurslarının idarə edilməsi ilə bağlı nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək;
5.1.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”ndan irəli gələn tapşırıqları icra etmək;
5.1.9. əməkdaşların etik davranış qaydalarına dair maarifləndirməsi istiqamətində müvafiq işlərin aparılmasını təşkil etmək;
5.1.10. insan resurslarının idarə edilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək ümumiləşdirmək və tətbiq edilməsi istiqamətində təkliflər vermək;
5.1.11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqənin müsahibə mərhələsinə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən etmək və Agentliyin sədrinin bu barədə qəbul etdiyi qərarı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etmək;
5.1.12. dövlət qulluğuna kadrların seçilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq keçirilən müsahibələrdə nümayəndə qismində iştirak etmək, müsahibə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirmək;
5.1.13. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Agentliyin struktur bölmələrində çalışan əməkdaşlar haqqında məlumatları dövlət mərkəzləşdirilmiş məlumat bankına daxil etmək;
5.1.14. Agentliyin struktur bölmələrində çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsini təşkil etmək və qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək, Agentliyin strukturu üzrə qiymətləndirilmənin nəticələrinə dair yekun hesabatları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etmək;
5.1.15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin struktur bölmələrində çalışan dövlət qulluqçularına ixtisas dərəcələrinin və qulluq stajına görə əlavə haqların verilməsini təmin etmək;
5.1.16. İnzibati dövlət qulluğu vəzifələri üzrə qanunvericiliyin tələbləri nəzərə alınaraq, vəzifə təlimatlarını və müsahibə proqramlarını aidiyyəti şöbələrlə bilrlikdə hazırlayaraq Dövlət Qulluğu Vəzifələrin İdarə Edilməsi Sisteminə daxil etmək;
5.1.17. qanunvericiliyin tələblərinə uyğun olaraq , müvafiq qaydada kadr uçotunu təşkil etmək, bu istiqamətdə təşkilati-metodiki rəhbərliyi həyata keçirmək;
5.1.18. dövlət qulluqçularının şəxsi işlərinin aparılmasını qanunvericiliyə uyğun olaraq həyata keçirmək, təqdim edilmiş sənədlərin tamlığını, onların qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlamaq və şəxsi işlərin mühafizəsini təmin etmək;
5.1.19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) üzrə aidiyyyəti məsələlərin icrasını təmin etmək;
5.1.20. Agentliyin vəzifələr nomenklaturasına daxil olan müvafiq vakant vəzifələrin Dövlət Məşğulluq Agentliyinin “Vakansiya bankına” yerləşdirilməsni təmin etmək;
5.1.21. icbari sığorta müqaviləsi üzrə dövlət qulluqçularının və digər işçilərin siğorta olunmasını təmin etmək;
5.1.22. Agentliyin Aparatının və regional turizm idarələrinin ştat cədvələrinin hazırlanaraq təsdiq edilməsi ilə bağlı müvafiq işlər görmək;
5.1.23. vəzifə təlimatlarına və daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
5.1.24. Agentliyin Aparatının əməkdaşlarının illik məzuniyyət qrafikini hazırlamaq, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət etmək;
5.1.25. Agentliyin Aparatında çalışan dövlət qulluqçularının mükafatlandırılması ilə əlaqədar aidiyyəti sənədlərini hazırlamaq;
5.1.26. əməkdaşları xidməti vəsiqələr ilə təmin etmək onların qeydiyyatını aparmaq;
5.1.27. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
5.1.28. qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularının rotasiyasının həyata keçirilməsini təmin etmək;
5.1.29. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi üzrə aidiyyəti işlərin icrasının təmin etmək;
5.1.30. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
6. Hüquq sektorunun funksiyaları
6.1. Daxili nəzarət və audit sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
6.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamalar aparmaq;
6.1.3. daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya sistemini yaratmaq və təkmilləşdirmək;
6.1.4. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan əməkdaşlar tərəfindən yol verilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında daxili nəzarət tədbirləri həyata keçirmək və nəticələri barədə Agentliyin rəhbərliyinə təkliflər vermək, habelə daxili audit yoxlamalarının və monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq;
6.1.5. daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri olan əməllər müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün iş üzrə materialların aidiyyəti üzrə göndərilməsi barədə Agentliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq;
6.1.6. daxili nəzarət tədbirlərinin nəticələri əsasında Agentliyin struktur bölmələriin və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə Agentliyin rəhbərliyinə təkliflər vermək;
6.1.7. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan əməkdaşlar tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görmək;
6.1.8. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrası zamanı vətəndaşların, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi üzrə fəaliyyətlərinə nəzarəti həyata keçirmək;
6.1.9. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda əmək və icra intizamına əməl etməyən əməkdaşlar barədə intizam tənbehi tədbirlərinin görülməsinə dair məruzə hazırlayaraq rəhbərliyinə təqdim etmək;
6.1.10. daxili nəzarət və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində Agentliyi rəhbərliyinə təkliflər vermək;
6.1.11. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda “səmərəlilik”, “keyfiyyət”, “büdcə xərclənməsində şəffaflıq” meyarları əsasında audit yoxlamalarının həyata keçirmək;
6.1.12. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda daxili intizam qaydalarının icrasını təmin etmək məqsədi ilə əməkdaşların işə davamiyyətinə nəzarətin həyata keçirmək;
6.1.13. mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlığını yoxlamaq;
6.1.14. Agentliyin xərclərin səmərəliliyini qiymətləndirmək;
6.1.15. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
6.1.16. şöbə müdiri tərəfindən sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
7. Daxili nəzarət və audit sektorunun funksiyaları
7.1. Hüquq sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
7.1.1. turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən təqdim olunmuş qanunvericilik aktlarının layihələrinə dair rəy və təkliflər vermək və ya iştirak etmək;
7.1.2. Sektora daxil olan beynəlxalq, satınalma, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
7.1.3. Agentliyin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanmasında iştirak etmək, belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
7.1.4. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumları tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici aktların layihələrinin hüquqi ekspertizasını, o cümlədən normativ hüquqi aktların layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək;
7.1.5. qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halları araşdırmaq və Agentliyin sədrinə məlumat vermək;
7.1.6. Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, daxili qaydaların, təlimatların və digər normativ sənədlərin layihələrini hazırlamaq, digər struktur bölmələr tərəfindən hazırlanan ilkin layihələri və qəbul edilmiş sənədləri təhlil etmək, onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
7.1.7. Agentlikdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təhlillər və ümumiləşdirmələr aparmaq, bununla bağlı təkliflər hazırlamaq;
7.1.8. Müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan daxil olmuş ümumiləşdirilmiş təkliflərə baxmaq;
7.1.9. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər vermək, arayışlar və rəylər hazırlamaq;
7.1.10. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyin həyata keçirilməsini təşkil etmək;
7.1.11. hüquqi akt layihələrinə, o cümlədən beynəlxalq müqavilələrə dair rəy və təklifləri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
7.1.12. məhkəmə proseslərində Agentliyin nümayəndəsi kimi iştirak etmək, hüquqi və mənafelərini müdafiə etmək, bununla əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kasasiya və əlavə kasasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
7.1.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Agentliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;
7.1.14. Məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə də digər dövlət orqanlarında (qurumlarında) və qeyri-hökumət təşkilatlarında hüquqi məsələlərlə əlaqədar Agentliyi təmsil etmək;
7.1.15. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
7.1.16. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
8. Şöbənin fəaliyyətinin təşkili
8.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
8.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
8.3. Şöbə müdiri:
8.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
8.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
8.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Agentliyin Kollegiya iclaslarında iştirak edir;
8.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
8.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri məlumat və sənədləri alır;
8.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
8.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.
8.4. Şöbənin sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.
8.5. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
8.6. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin icraçısı olduğu və ya hazırlanmasında iştirak etdiyi sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
8.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
Beynəlxalq əlaqələr şöbəsi haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra - Agentlik) Aparatının sturuktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin (bundan sonra - Agentliyin sədri) qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbənin fəaliyyətini Agentliyin digər struktur bölmələri və tabeliyində olan qurumlarla əlaqəli həyata keçirir
1.4. Şöbənin tərkibində Beynəlxalq təşkilatlarla iş sektoru və Xaeici ölkələrlə əməkdaşlıq və protokol sektoru fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Azərbaycan Respublikasının xarici turizm siyasətinin formalaşdırılmasında iştirak edir;
2.1.2. turizm sahəsində vahid xarici siyasətin həyata keçirilməsini təmin edir;
2.1.3. turizm sahəsi üzrə beynəlxalq müqavilələrin hazırlanmasını təmin edir, turizm sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini və bu sahədə görülən işləri əlaqələndirir;
2.1.4. turizm sahəsində Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarının xarici əlaqələr sahəsində həyata keçirdiyi işlərlə bağlı rüblük və illik hesabatlar alaraq təhlil edib fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir;
2.1.5. turizm sahəsində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir;
2.1.6. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumları tərəfindən beynəlxalq və xarici donor təşkilatları ilə həyata keçirilən birgə layihələr haqqında məlumat toplayır, hesabatları analiz edir, layihə üzrə məsul şəxs(lər)lə işi koordinasiya edir;
2.1.7. qabaqcıl beynəlxalq təcrübə və nailiyyətləri nəzərə alaraq, turizm sahəsində müxtəlif metodologiyaların və müasir texnologiyanın tətbiqi ilə bağlı təkliflər verir.
3. Şöbənin əsas vəzifələri
4. Şöbənin hüquqları
4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. dövlətlər arasında turizm sahəsində müqavilələrin bağlanması və əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər irəli sürmək;
4.1.2. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələr yaratmaq;
4.1.3. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı aidiyyəti dövlət orqanlarının, digər təşkilatların, o cümlədən beynəlxalq təşkilatların iştirakı ilə tədbirlər keçirilməsinə dair təkliflər vermək;
4.1.4. vəzifələrinin yerinə yetirilməsi üçün lazımi informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək;
4.1.5. turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də imzalanmış müqavilələrin icrasını təmin etmək məqsədilə işçi qrupların yaradılması ilə bağlı təkliflər vermək;
4.1.6. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı beynəlxalq tərəfdaşlarla münasibətlərdə, yerli, regional və beynəlxalq tədbirlərdə Agentliyin nümayəndəsi kimi iştirak etmək, hüquq və mənafelərini müdafiə etmək;
4.1.7. vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Beynəlxalq təşkilatlarla iş sektorunun funksiyaları
5.1. Beynəlxalq təşkilatlarla iş və protokol sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1. turizm sahəsində beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin Agentliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirmək, Azərbaycan Respublikasının qeyd olunan müqavilələrdə iştirakının məqsədəuyğunluğuna dair rəy vermək;
5.1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq təhlillər aparmaq və təkliflər hazırlamaq;
5.1.3. Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlar tərəfindən keçirilən forumların, konfransların, digər tədbirlərin işində iştirak etmək və bu kimi tədbirlərin ölkədə keçirilməsini təşkil etmək, bu sahədə digər dövlət orqanlarının işinin əlaqələndirilməsi üçün zəruri tədbirlər görmək;
5.1.4. ölkənin regional və beynəlxalq təşkilatlar, beynəlxalq donor və digər təşkilatlarla münasibətlərinin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görmək;
5.1.5. Agentliyin ayrı-ayrı struktur bölmələrinin beynəlxalq təşkilatlar ilə əməkdaşlığını təmin etmək;
5.1.6. beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş regional və ölkə strategiyalarının, proqramların və regional layihələrin Agentliyin fəaliyyət istiqamətlərinə əsasən təhlilini həyata keçirmək və bu sənədlərin turizm sahəsində milli proqram və strategiyalar ilə uzlaşdırılması üçün təkliflər hazırlamaq;
5.1.7. turizm sahəsində beynəlxalq və regional təşkilatlarda status, gündəlikdə duran prioritet məsələlər, sahə üzrə yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək;
5.1.8. Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə protokol-təşkilati məsələləri həll etmək;
5.1.9. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxılması və qanunvericiliklə müəyyən edilmiş qaydada cavablandırılmasını təmin etmək;
5.1.10. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
6. Xarici ölkələrlə əməkdaşlıq və protokol sektorunun funksiyaları
7. Şöbənin fəaliyyətinin təşkili
7.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
7.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
7.3. Şöbə müdiri:
7.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
7.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsünü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
7.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Agentliyin Kollegiya iclaslarında iştirak edir;
7.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
7.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri məlumat və sənədləri alır;
7.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
7.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.
7.4. Şöbənin sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir.
7.5. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
7.6. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin icraçısı olduğu və ya hazırlanmasında iştirak etdiyi sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
7.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
Ümumi şöbəsi haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Ümumi şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.
1.4. Şöbənin tərkibində Vətəndaş müraciətləri və sənədlərlə iş sektoru və İnformasiya texnologiyaları və texniki dəstək sektoru fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
3. Şöbənin vəzifələri
3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Agentliyin kargüzarlıq işini qanunvericilikdə nəzərdə tutulmuş qaydada və fasiləsiz təşkil etmək;
3.1.2. Agentliyə daxil olan, Agentlik tərəfindən göndərilən və daxili sənədləri vaxtlı-vaxtında baxılması üçün rəhbərliyə təqdim etmək;
3.1.3. Agentliyə daxil olan sənədlərin vaxtlı-vaxtında icra olunmasına nəzarət etmək;
3.1.4. Agentliyin sərəncamverici sənədlərinin düzgün tərtib edilməsinə nəzarət etmək, Agentliklə digər qurumlar arasındakı yazışmanı səmərəli təşkil etmək;
3.1.5. Agentliyə daxil olan, Agentlik tərəfindən göndərilən və daxili sənədlərin qəbulunu, qeydiyyatını, saxlanmasını, aidiyyəti üzrə çatdırılmasını və eləcə də qorunmasını düzgün təşkil etmək;
3.1.6. Şöbənin işçilərinin ixtisas səviyyəsinin yüksəldilməsini təşkil etmək;
3.1.7. Agentliyin rəhbərliyinin göstərişi və icazəsi ilə lazım olan sənədlərin çoxaldılmasını təşkil etmək;
3.1.8. sənədlərin ünvanlara vaxtında və operativ çatdırılmasını təmin etmək;
3.1.9. Agentliyin sədrinin, sədr müavininin və aparat rəhbərinin göstərişi ilə sənədlərlə müvafiq şöbə və işçiləri tanış etmək;
3.1.10. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kargüzarlıq işinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək, səlahiyyətləri daxilində bu işlərin təşkilinə nəzarət etmək;
3.1.11. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
3.1.12. Agentliyin elektron sənəd dövriyyəsini təşkil etmək və ona nəzarət etmək;
3.1.13. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda vətəndaşlardan daxil olan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasına və cavablandırılmasına nəzarət etmək və bu barədə Agentliyin rəhbərliyinə rüblük və illik hesabatları təqdim etmək;
3.1.14. Agentlikdə məxfi sənədlərin kargüzarlıq işinin aparılmasını təşkil etmək və həyata keçirmək;
3.1.15. Agentliyin kollegial orqanının iclaslarının, habelə Agentliyin rəhbərliyinin göstərişi ilə digər iclas və müşavirələrin protokolunu hazırlamaq və tərtib etmək;
3.1.16. Agentliyin Aparatında texniki təminat tədbirlərini təşkil etmək və həyata keçirmək;
3.1.17. Agentliyə məxsus elektron xidmətlərin idarə edilməsinə dəstək göstərmək;
3.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
5. Vətəndaş müraciətləri və sənədlərlə iş sektorunun funksiyaları
6. İnformasiya texnologiyaları və texniki dəstək sektorunun funksiyaları
7. Şöbənin fəaliyyətinin təşkili
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
Maliyyə və texniki təchizat şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Maliyyə və texniki təchizat şöbəsi (bundan sonra – Şöbə) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyinin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.
1.4. Şöbənin tərkibində Maliyyə və mühasibat uçotu və Satınalma və texniki təchizat sektoru fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Agentliyin saxlanması və fəaliyyəti ilə bağlı maliyyə təminatını həyata keçirir;
2.1.2. Agentliyin mühasibat uçotunu təşkil edir və aparır, maliyyə hesabatlarını hazırlayır və müvafiq qaydada təqdim edir;
2.1.3. Agentliyin təsərrüfat xidmətini yerinə yetirir;
2.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Agentliyin balansında olan əmlakın inventarizasiyanın aparılmasını təmin edir və mövcud vəziyyətinə nəzarət edir;
2.1.5. Agentliyin fəaliyyəti ilə bağlı dövlət satınalmalarını təşkil edir.
3. Şöbənin vəzifələri
3.1. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Agentlikdə maliyyə-təsərrüfat işini və mühasibat uçotunu təşkil etmək;
3.1.2. Agentlikdə dövlət maliyyə intizamına riayət edilməsinə, dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək;
3.1.3. Agentliyin balansında olan maddi qiymətlilərin, avadanlıq və inventarın saxlanmasına nəzarəti təmin etmək;
3.1.4. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınmasını təşkil etmək və həyata keçirilməsini təmin etmək;
3.1.5. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
3.1.6. fəaliyyət istiqamətləri üzrə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması və icrasında iştirak etmək;
3.1.7. Agentliyin fəaliyyəti ilə bağlı ilə müvafiq maliyyə, statistik və digər hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
3.1.8. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.1.9. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq Agentliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
4.1.2. Agentliyin Aparatının əməkdaşlarından istifadələrində olan ofis mebeli və texnikasının istifadə qaydalarına riayət edilməsini tələb etmək;
4.1.3. vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan məlumatların (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən alınması ilə bağlı müəyyən edilmiş qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.4. fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri daxilində Agentliyi dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
4.1.5. Agentliyin və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Maliyyə və mühasibat uçotu sektorunun funksiyaları
5.1. Maliyyə və mühasibat uçotu sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1. Agentliyin, Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarını tərtib və təqdim etmək, Agentliyin tabeliyində olan qurumlardan illik maliyyə hesabatlarını almaq;
5.1.2. Agentliyin aktivlərinin, öhdəliklərinin, kapitalının, gəlir və xərclərinin, təşkilatlararası hesablaşmalarının, pul vəsaitlərinin və maddi qiymətlilərinin və digər maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq;
5.1.3. “Xəzinə uçotu haqında Təlimat”a uyğun olaraq Agentliyin gəlirlərinin və xərclərinin kassa icrasını bütünlüklə dövlət xəzinədarlığı vasitəsilə aparmaq, bank işlərini həyata keçirmək
5.1.4. Agentliyin Aparatının və strukturuna daxil olmayan tabeliyindəki qurumların ştat cədvəllərinin layihələrinin hazırlanması ilə bağlı tədbirlər görmək;
5.1.5. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitləri və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına əldə edilmiş maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlər görmək;
5.1.6. Agentlik Aparatının və strukturuna daxil olmayan tabeliyindəki qurumların maliyyə fəaliyyətinin təhlilini aparmaq, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək;
5.1.7. Agentliyin Aparatının və strukturuna daxil olmayan tabeliyindəki qurumların xərclər smetasını tərtib etmək;
5.1.8. Agentliyin Aparatının əməkdaşlarına əmək haqqının, mükafat, ezamiyyə və digər ödənişlərin və xərclərin hesablanmasını və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsini təmin etmək;
5.1.9. Agentliyin fəaliyyəti ilə bağlı bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədilə zəruri tədbirlər görmək;
5.1.10. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
5.1.11. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək
6. Satınalma və texniki təchizat sektorunun funksiyaları
6.1. Təsərrüfat sektoru (bundan sonra – Sektor) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
6.1.1. Agentliyin balansında olan binaların, inventar və avadanlıqların, texniki vasitələrin səmərəli istifadəsi, istismara yararlı vəziyyətdə saxlanması və qorunması ilə bağlı tədbirlər görmək;
6.1.2. Agentliyin səmərəli fəaliyyəti üçün zəruri olan təsərrüfat ehtiyaclarını müəyyən etmək və struktur bölmələrinin tələbinə əsasən maddi-texniki ləvazimatlarla təmin etmək;
6.1.3. əsaslı tikinti, bina və tikililərdə yenidənqurma və təmir işlərinin aparılmasına dair zəruri tədbirlər görmək;
6.1.4. Agentlikdə inventarizasiya aparılmasını, Agentliyin balansında olan əmlakın (qiymətlilərin) qiymətləndirilməsini təşkil etmək, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan inventarların silinməsinə dair təkliflər vermək;
6.1.5. Agentliyin inzibati binasının təmizlənməsi və müvafiq orqanlarla birlikdə sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsini təmin etmək, təhlükəsizlik və yanğın təhlükəsizliyi texnikasının tələblərinə əməl olunmasına nəzarət etmək;
6.1.6. Agentliyin balansında olan texniki vasitələrin istismara yararlı vəziyyətdə saxlanmasını təmin etmək;
6.1.7. dövlət satınalma prosedurlarının həyata keçirilməsini təmin etmək;
6.1.8. Agentliyin səmərəli fəaliyyəti üçün əməkdaşlara lazımi iş şəraitinin yaradılması üçün zəruri olan mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələri, kargüzarlıq ləvazimatları ilə təchiz olunmasını təmin etmək;
6.1.9. şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
6.1.10. şöbə müdiri tərəfindən Sektora tapşırılmış digər vəzifələri yerinə yetirmək.
7. Şöbənin fəaliyyətinin təşkili
7.1. Şöbənin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir.
7.2. Şöbə müdiri Şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
7.3. Şöbə müdiri:
7.3.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
7.3.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
7.3.3. Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;
7.3.4. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
7.3.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;
7.3.6. Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
7.3.7. Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin edir.
7.4. Şöbə müdirinin Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
7.5. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
7.6. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini həyata keçirir.
7.7. Şöbənin Maliyyə və mühasibat uçotu və Satınalma və texniki təchizat sektorlarına Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.
7.8. Şöbənin digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
7.9. Şöbənin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
7.10. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının
Media və ictimaiyyətlə əlaqələr sektoru haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektoru (bundan sonra – Sektor) Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra – Agentlik) struktur bölməsidir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin Kollegiyasının qərarlarını, Agentliyinin sədrinin qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə fəaliyyətini Agentliyin digər struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla əlaqəli həyata keçirir.
2.1. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Media və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir;
2.1.2. Sosial şəbəkələrdə aktiv işin aparılmasını təmin edir;
2.1.3. Agentliyin fəaliyyətinin mediada işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin edir;
2.1.4. Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarlarda media və ictimaiyyətlə işlərin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir, media və ictimaiyyətlə münasibətlərin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir.
3. Sektorun vəzifələri
3.1.1. Agentliyin media və ictimaiyyətlə əlaqələri üzrə siyasətinin və idarəetməsinin həyata keçirilməsi ilə bağlı Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla fəaliyyətinə dair icrası məcburi olan qərar, əmr və sərəncamların verilməsi üzrə təkliflər vermək;
3.1.2. Media və ictimaiyyətlə əlaqələr sahəsində Agentliyin struktur bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumların müraciətlərinə baxmaq və istiqamətləndirmək;
3.1.3. Televiziya, radio, qəzet və digər media subyektləri ilə işgüzar münasibətlərin yaradılmasını təmin etmək;
3.1.4. Agentliyin çap mediasının kağız və elektron nəşrlərinə abunə yazılması işini təşkil etmək;
3.1.5. Mediaya Agentlik haqqında təşkilati və metodik materialların hazırlanmasında yardım göstərmək;
3.1.6. Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki rəsmi səhiflərində məlumatların yerləşdirilməsini təmin etmək, müvafiq olaraq vətəndaşların suallarını cavablandırmaq və sorğuları aidiyyəti üzrə yönləndirmək;
3.1.7. Agentlik haqqında mediada yayımlanan materialların gündəlik olaraq monitorinqinin aparılmasını və hesabatların hazırlanmasını təmin etmək;
3.1.8. Agentliyin fəaliyyətinin mediada işıqlandırılması, operativliyin və şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə məlumatın ictimaiyyətə çatdırılmasını təmin etmək, cari işlər haqqında press-relizlər, müsahibələr, çıxışlar, bəyanatlar və digər məlumatları hazırlamaq;
3.1.9. Mətbuat konfransları, brifinq və dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərini təşkil etmək;
3.1.10. Medianı və ictimaiyyəti Agentlik tərəfindən həyata keçirilmiş işlər və struktur bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti ilə tanış etmək və məlumatlandırmaq məqsədilə press-turlar təşkil etmək;
3.1.11. Normativ hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin hazırlanmasında iştirak etmək, təkliflər və rəylər vermək;
3.1.12. Agentliyin struktur bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların media ilə ünsiyyətini koordinasiya etmək, ictimaiyyətlə əlaqələr sahəsində təşkilatdaxili normativ hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
3.1.13. Sektorun illik iş planının və iş planına uyğun hesabatların, yuxarı dövlət orqanlarına təqdim edilmək üçün müvafiq hesabatların hazırlanmasını təmin etmək;
3.1.14. Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin rəhbərliyinin tapşırıqları əsasında qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. Sektorun hüquqları
4.1.1. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq təşkilatı təmsil etmək, təşkilat adından çıxış etmək, televiziya, radio və onlayn media verilişlərində iştirak etmək;
4.1.2. Agentliyin fəaliyyətinə uyğun olaraq ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasını təmin etmək
4.1.3. Agentliyin müsbət imicinin formalaşdırılması məqsədilə Agentliyin struktur bölmələrinin və strukturuna daxil olmayan tabeliyindəki qurumların ümumi fəaliyyəti ilə bağlı təkliflər vermək;
4.1.4. Agentliyin ictimaiyyətlə və media ilə əlaqələrinin tənzimlənməsi üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;
4.1.5. Fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların layihələrinin, dövlət proqramlarının hazırlanmasında iştirak etmək və ya hazırlanmış layihələrə dair rəy və təkliflər vermək;
4.1.6. Agentliyin fəaliyyət istiqamətləri üzrə ictimaiyyətlə görüşlər və digər ictimai tədbirlərin keçirilməsi ilə bağlı təkliflər vermək;
4.1.7. Media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisasının artırılması və iş fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
4.1.8. İctimaiyyət və media ilə əlaqələrin təşkilinin səmərəliliyini təhlil etmək, ümumiləşdirmələr apararaq müvafiq rəy və təkliflər vermək;
4.1.9. Sektorun ümumi fəaliyyəti ilə bağlı digər struktur bölmələrə sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.1.10. Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Sektorun fəaliyyətinin təşkili
5.1. Sektorun fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müdir rəhbərlik edir. Sektor bilavasitə Agentliyin sədrinə tabedir və onun qarşısında hesabat verir. Sədr tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla heç kəs sektorun fəaliyyətinə müdaxilə edə bilməz.
5.2. Sektor müdiri Sektorun vəzifələrinin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Sektor müdiri:
5.3.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.2. Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.3.3. Sektor üzrə Agentliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir, Agentliyin Kollegiya iclaslarında iştirak edir;
5.3.4. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
5.3.5. Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər struktur bölmələri və strukuruna daxil olmayan tabeliyindəki qurumlardan zəruri məlumat və sənədləri alır;
5.3.6. Sektora daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.3.7. Sektordaxili kargüzarlıq işlərinin aparılmasını təmin edir;
5.3.8. Sektora həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.4. Sektorun digər əməkdaşları Agentliyin sədri tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
5.5. Sektorun hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların vaxtında yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.
5.6. Sektorun hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.
.