Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanılıb. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 27-i hökumətlərarası olmaqla 31 Saziş, 12 Anlaşma Memorandumu, 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.
Dövlət Turizm Agentliyi hazırda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Sözügedən təşkilatlardan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər təşkilatlarla turizm sahəsində əməkdaşlıq aparılır.
Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanmışdır. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 23-ü hökumətlərarası olmaqla 28 Saziş, 10 Anlaşma Memorandumu, 2 protokol imzalanmışdır. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanmışdır. Agentliyin turizm strategiyasına uyğun olaraq 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər. Rəsmi turizm nümayəndəliklərinin ölkəmizə aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.
Turizm sahəsində aparıcı beynəlxalq təşkilat olmaqla yanaşı, bu sahədə iqtisadi artım, inkluziv inkişaf və ekoloji davamlılığı təmin edən və turizm təbliğatına cavabdeh təşkilatdır. Dövlət Turizm Agentliyinin nümayəndələri təşkilat tərəfindən keçirilən beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir.
Türkdilli dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, regionda və üzv dövlətlərdə İpək Yolunun tarixi və mədəni əhəmiyyətinə dair məlumatlılığın artırılması işlərini aparan təşkilatdır.
2019-cu ilin 13 fevral tarixində Türkiyə Respublikasının Ankara şəhərində keçirilmiş İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin Turizm üzrə İşçi Qrupunun 13-cü iclasında Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak edib.
Bundan əlavə, Dövlət Turizm Agentliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) arasında birgə fəaliyyət çərçivəsində turizm sahəsinə regional inkişafın əsas istiqamətlərini müəyyən etmək, eləcə də ikitərəfli və çoxtərəfli turizm əlaqələrini inkişaf etdirmək məqsədilə əməkdaşlıq əlaqələri mövcuddur.