Dekabrın 3-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Ümumdünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə “ÜTT və YUNESCO-nun 3-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı” işinə başlayıb.
İstanbulda keçirilən tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə təmsil edir.
Konfransda 2 əsas priroritet məsələ üzrə müzakirələr aparılır:
- BMT-nin 17 ədəd Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən turizm və mədəniyyət sahəsi üzrə mütəxəssisləri arasında daha sıx və əsaslı əlaqələrin qurulması
- Multikulturalizmi və hər kəsin bərabərtərəfli iştirakını təmin edən turizm modellərinin təbliği.
- Multikulturalizmi və hər kəsin bərabərtərəfli iştirakını təmin edən turizm modellərinin təbliği.
Əsas şüarı “Hamının xeyri üçün” olan tədbir dekabrın 5-dək davam edəcək.