Bakı Turizm Peşə Məktəbinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edir

13:07 18.08.2021
Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm Peşə Məktəbinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

10 avqust tarixindən başlayan tələbə qəbulu ötən il olduğu kimi elektron qaydada aparılır.

Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün avqustun 20-dək açıqdır.

Bu ildən etibarən abituriyentlərin seçim imkanlarını artırmaq məqsədilə ilk dəfə olaraq tədris olunacaq ixtisaslar sırasına “Tədbir təşkilatçısı” ixtisası əlavə olunub. Yeni tədris ilində dövlət hesabına və ödənişli əsaslarla ümumilikdə 11 ixtisas tədris olunacaq.

Tələbələr təhsil almaq üçün aşağıdakı ixtisaslar arasında seçim edə bilərlər:

1. Turizm təşkilatçısı (Azərbaycan və rus bölməsi) - dövlət vəsaiti hesabına və ödənişli əsaslarla
Təhsil müddəti: 1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)
 
2.Turizm təşkilatçısı  - dövlət vəsaiti hesabına
Təhsil müddəti - 2 il
Təhsil bazası: ümumi orta (9-cu sinifdən)

3. Mehmanxana inzibatçısı -
dövlət vəsaiti hesabına
Təhsil müddəti: 1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)
 
4. Tədbirlərin təşkilatçısı - dövlət vəsaiti hesabına
Təhsil müddəti:1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)

5. Qrafik dizayner - ödənişli əsaslarla
Təhsil müddəti: 1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)

6. Əməliyyatçı-mühasib - ödənişli əsaslarla
Təhsil müddəti:1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)

7. Aşpaz (Azərbaycan və rus bölməsi )
- ödənişli əsaslarla
Təhsil müddəti:1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)                     

8. Qənnadçı, şirniyyatçı -
ödənişli əsaslarla
Təhsil müddəti:1 il
Təhsil bazası: ümumi orta (9-cu sinifdən) 

9. Turizm sahəsində iaşə üzrə mütəxəssis -
dövlət vəsaiti hesabına
Təhsil müddəti:1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)

10. Bərbər - ödənişli əsaslarla
Təhsil müddəti:1 il
Təhsil bazası: ümumi orta (9-cu sinifdən) 

11. Bərbər-vizajist, manikürçü - ödənişli əsaslarla
Təhsil müddəti:1 il
Təhsil bazası: tam orta (11-ci sinifdən)
                        
Məlumat üçün bildirək ki, Bakı Turizm Peşə Məktəbində peşə təhsili almaq istəyən şəxslər “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi, eləcə də sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.