Dövlət Turizm Agentliyi hazırda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Sözügedən təşkilatlardan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər təşkilatlarla turizm sahəsində əməkdaşlıq aparılır.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT)

Turizm sahəsində aparıcı beynəlxalq təşkilat olmaqla yanaşı, bu sahədə iqtisadi artım, inkluziv inkişaf və ekoloji davamlılığı təmin edən və turizm təbliğatına cavabdeh təşkilatdır. Dövlət Turizm Agentliyinin nümayəndələri təşkilat tərəfindən keçirilən beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir. 2018-ci ilin 30 oktyabr-1 noyabr tarixlərində Bəhreynin Manama şəhərində keçirilən “BMÜTT-nin İcraiyyə şurasının 109-cu sessiyası”nda Azərbaycan Agentliyin nümayəndə heyəti tərəfindən təmsil edilmiş, ölkəmizdə turizm sənayesinin inkişafı üçün dövlət tərəfindən görülən işlər və həyata keçirilən islahatlar, həmçinin bu islahatların müsbət nəticələri haqqında məlumat verilmiş, ölkə başçısının müvafiq fərmanı ilə yaradılan Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas istiqamətləri vurğulanmışdır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılmış təşkilatdır. Belə ki, 2018-ci ilin 2 noyabr tarixində QDİƏT turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun İstanbulda keçirilmiş iclasında Dövlət Turizm Agentliyi təmsil olunmuşdur.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

Türkdilli dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, regionda və Türk Şurasına üzv dövlətlərdə İpək Yolunun tarixi və mədəni əhəmiyyətinə dair məlumatlılığın artırılması işlərini aparan təşkilatdır. Təşkilatla əməkdaşlıq çərçivəsində 2018-ci ilin 7 avqust tarixində Qazaxıstanın Astana şəhərində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri “Turizm üzrə işçi qrupunun 13-cü iclası” nda iştirak etmişlər.

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM)

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Sözügedən təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Yaponiyadan GUAM regionuna turistlərin cəlb edilməsi məqsədilə 2019-cu il ərzində Azərbaycan və Gürcüstan sxemi üzrə birgə info-turun keçirilməsi planlaşdırılır.

Dövlət Turizm Agentliyi hazırda bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Sözügedən təşkilatlardan Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər təşkilatlarla turizm sahəsində əməkdaşlıq aparılır.

Ölkələrarası əlaqələr

Turizm sahəsində əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanmışdır. Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 23-ü hökumətlərarası olmaqla 28 Saziş, 10 Anlaşma Memorandumu, 2 protokol imzalanmışdır. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunmuş, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilmiş, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanmışdır. Agentliyin turizm strategiyasına uyğun olaraq 2018-ci ilin sonlarında 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlamışdır. Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada açılmış nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər. Rəsmi turizm nümayəndəliklərinin ölkəmizə aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.