Dövlət Turizm Agentliyi Şuşa şəhərinə turist səfərlərinin təşkilində əməkdaşlıq üçün turoperatorlar arasında müsabiqə elan edir.
Müsabiqənin keçirilməsində əsas məqsəd yerli vətəndaşların Şuşaya təhlükəsiz turizm səfərlərinin təşkil edilməsi, işğaldan azad olunmuş ərazilərdə turizm sahəsi üzrə iqtisadi fəallığa təkan verilməsidir.
Müsabiqədə turoperator fəaliyyəti göstərən bütün hüquqi şəxslər iştirak edə bilərlər.
Müsabiqə şərtləri və qiymətləndirmə meyarları barədə məlumatlar, iştirak üçün ərizə və müraciət forması, həmçinin iştirakçılardan tələb edilən təklif sənədinin tərkibinə daxil edilməli sənədlərin siyahısını bu linkdən əldə etmək mümkündür.
Müsabiqədə iştirak etmək arzusunda olan turoperatorlar müsabiqə şərtlərinə uyğun olaraq tələb edilən sənədləri cari ilin 17 noyabr tarixində, saat 15:00-a qədər Dövlət Turizm Agentliyinə təqdim etməlidir.