“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədi ilə Dövlət Turizm Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərinə turist səfərlərinin təşkili məqsədi ilə əməkdaşlıq üçün müraciətlərin qəbulunu açıq elan edir.
Turoperatorların müraciətlərinə 3 iş günü ərzində baxılaraq, müəyyən edilmiş tələblərə uyğun olan və təsdiqedici sənədlərini təqdim edən turoperatorlar ilə müvafiq əməkdaşlıq müqaviləsi bağlanacaqdır.
Təşkil ediləcək turlar çərçivəsində Cocuq Mərcanlı və Ağalı kəndlərini, Cəbrayılda yerləşən Dostluq bulağı və Çinar kəhrizini, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazini, Zəngilanda yerləşən Şəhri Şərifan qalıqları və Zəngilan məscidini, eləcə də digər əraziləri ziyarət etmək mümkün olacaq.
Müraciət etmək üçün buradakı ərizəni doldurub və əlavə edilməli sənədlər ilə birlikdə “Turoperator ilə əməkdaşlıq” başlığı altında info@tourism.gov.az e-poçt ünvanına göndərilməlidir.
Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində turist səfərləri yalnız Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edən turoperatorlar tərəfindən həyata keçirilə bilər.