“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı elan

17:23 08.07.2024
Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun iş saatları uzadılıb. Ziyarətçilərin çoxsaylı müraciətləri əsasında verilən qərara görə iyul ayının 10-dan etibarən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yay mövsümü boyunca hər gün səhər 10:00-dan axşam saat 22:00-dək ziyarətçilərə xidmət göstərəcək.