Yanvarın 30-da Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən EMİTT 2020 sərgisində təmsil olunan Azərbaycan stendinə baş çəkib.
Azərbaycan stendi sərgi ziyarətçiləri və iştirakçıları tərəfindən də xüsusi diqqətə səbəb olub.
Bu ilin iyun ayında AVRO-2020-nin final mərhələsinin qrup oyunları çərçivəsində Türkiyə futbol yığmasının Azərbaycanda 2 qarşılaşma keçirəcəyi də Azərbaycana olan marağı artıb.
Beynəlxaq sərgi çərçivəsində, həmçinin çox sayda iştirakçı turizm şirkətləri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.
Azərbaycan nümayəndə heyəti Türkiyə və digər ölkələrin kütləvi informasiya vasitələrinə ölkəmizin turizm potensialı barədə müsahibələr veriblər.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti hazırda EMİTT 2020 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti hazırda EMİTT 2020 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak edir.
Fevralın 2-dək davam edəcək 24-cü EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.
2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.