Azərbaycan Turizm Bürosu turizm şirkətləri üçün rəqəmsallaşdırma proqramına start verib

16:11 08.09.2020
Azərbaycan Turizm Bürosu ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verib.
 
Proqramın əsas məqsədi turizm destinasiyası kimi Azərbaycan və onun turizm imkanları  haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrə dəstək göstərilməsidir.
 
Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə həyata keçirilir.
 
Proqram yalnız xüsusi meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlər və 25 sentyabradək qeydiyyatdan keçirilən layihələr üçün nəzərdə tutulub.
 
Müraciətlər yeni layihələrlə, həmçinin mövcud olan onlayn layihələrə əlavə kimi və ya hazır platformaların təkmilləşdirilməsi ilə bağlı ola bilər.
 
Müraciət və iştirak meyarları barədə ətraflı məlumat üçün https://tourismboard.az/az/page/522-reqemsallasdirilma-layihesi keçidinə daxil ola bilərsiniz.