Azərbaycan və Ümumdünya Turizm Təşkilatı arasında son illərdə artan əməkdaşlığın genişlənməsi imkanları və Azərbaycanın ÜTT-nin müxtəlif təşəbbüslərinə göstərdiyi dəstək noyabrın 18-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Ümumdünya Turizm Təşkilatının Baş Katibi Zurab Pololikaşvili arasında təşkilatın Madriddə yerləşən qərargahında keçirilən görüşdə müzakirə edilib.
Görüşdə Fuad Nağıyev Azərbaycanın 2023-2027-ci illər üçün ÜTT-nin İcraiyə Şurasına üzv olmaq üçün namizədliyini verdiyini qeyd edərək bu ilin aprel ayında Baş Katibin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb.
Öz növbəsində Zurab Pololikaşvili ÜTT tərəfindən bu il ilk dəfə keçirilmiş Gənclərin Turizm üzrə Qlobal Sammitinə Azərbaycan tərəfindən göstərilmiş maliyyə yardımını vurğulayıb. O, Azərbaycan Hökumətinin dəstəyi ilə hazırda ÜTT-də işləyən azərbaycanlı mütəxəssislərin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Bundan əlavə, görüşdə Azərbaycan kulinariyası və şərabçılıq təcrübəsinin beynəlxalq təqdimatı və təbliğinin genişləndirilməsi imkanları müzakirə edilib. "İpək Yolu təşəbbüsü" çərçivəsində gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan İşçi Qrupun görüşü barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycanda ÜTT-nin dəstəyi ilə turizm təhsili üzrə müxtəlif layihə və təşəbbüslərin keçirilməsi imkanları müzakirə edilib, ÜTT-nin peşə təhsili, ixtisaslaşma kursları, təlimçilərin tədrisi və s. kimi istiqamətlərdə təqdim etdiyi xidmətlər barədə məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov iştirak edib.