Azərbaycan Turizm Bürosu Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən “International Golf Travel Market” sərgisində ölkəni təmsil edir.
Oktyabrın 18-dək davam edəcək sərgidə “Golf in Azerbaijan” stendi altında Azərbaycan Turizm Bürosu ilə yanaşı, ölkənin “Dreamland” və “The National Golf Club” kimi qolf klubları da iştirak edir.
Azərbaycanın qolf turizmi potensialının təbliğ olunduğu stend ziyarətçilər tərəfindən böyük marağa səbəb olub və 2 gün ərzində maraqlı tərəflərlə 120-dən çox görüş həyata keçirilib.
1700-dən çox qolf klubu və destinasiyanın qoşulduğu sərgidə qolf ölkələri, eləcə də qolf turizmi üzrə ixtisaslaşmış turoperatorlar bir araya gəlir.
1998-ci ildən etibarən keçirilən “International Golf Travel Market” sərgisi B2B (Biznesdən-biznesə) görüşlərinin baş tutduğu potensial tədbir hesab olunur.
Dünyada qolf turizminin ən mühüm tədbirlərindən hesab edilən sərgi hər il bir ölkədə baş tutur.