Mayın 12-də Azərbaycan Turizm Bürosu ilə Bolqarıstan Şərab Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə anlaşma memorandomu imzalanıb. Sənədə əsasən tərəflər arasında işçi qrupunun yaradılması, eləcə də turizm sərgilərində və digər şərab turizmi tədbirlərində qarşılıqlı dəstəyin göstərilməsi nəzərdə tutulub.
Onlayn formatda keçirilən görüşdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin olduğunu, bu istiqamətdə turizm marşrutlarının hazırlandığını, ölkədə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyini qeyd edib. Florian Zenqstşmid Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunda Azərbaycanın iştirakı haqqında da məlumat verib.
Müzakirələr zamanı Bolqarıstan Şərab Peşəkarları Assosiasiyasının İdarə Heyətinin sədri İvaylo Katerski “İter Vitis” şərabçılıq marşrutu layihəsinə üzv olmağın əhəmiyyətini vurğulayaraq Azərbaycan və Bolqarıstan arasında şərabçılıq marşrutu təcrübəsini inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.
Görüş çərçivəsində iki ölkə arasında şərab turizminin inkişafı, yerli üzüm sortlarının təkmilləşdirilməsi və qarşılıqlı tanıdılması, eləcə də şərab marşrutlarının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.