Azərbaycan stendi Türkiyədə “Ən yaxşı təşkil olunmuş” stend elan edildi

13:19 02.02.2019

Azərbaycan “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirakını uğurla davam etdirir.

 

Sərginin 3-cü günü təşkilatçılar tərəfindən Azərbaycan stendi “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub.

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 31 yanvar - 3 fevral tarixlərində İstanbulda keçirilən “EMİTT 2019” sərgisində iştirak edən ölkəmizin stendinə yerli türk turizm şirkətləri, digər ölkələrin turizm şirkətləri və ziyarətçilər tərəfindən böyük maraq göstərilir.

 

Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir.