Sentyabrın 17-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Beynəlxalq Qolf Turoperatorları Birliyinin (IAGTO) üzvləri ölkənin qolf turizmi potensialı ilə tanış olublar.
Proqrama əsasən sentyabrın 19-dək Çin, Hindistan, Böyük Britaniya, Cənubi Koreya və digər ölkələrdən olan 18 qolf turoperatoru Qubada və Bakıda yerləşən qolf klublarında yarışacaqlar.
Yarışmanın sonunda ilk 3 yeri tutan şəxslərə mükafatlar təqdim olunacaq.
Təşkilat üzvləri, eyni zamanda qolf klublarının dünya standartlarına uyğunluğunu yoxlayacaq və öz ölkələrində Azərbaycanı qolf destinasiyası kimi tanıtmağa dəstək göstərəcəklər.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 14-17 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək “International Golf Travel Market” sərgisində iştirak edəcək.