Aprelin 23-də Dövlət Turizm Agentliyi yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Qobustan kəndində “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə mediatur təşkil edib.
Mediaturun məqsədi təməli qoyulmuş Palçıq Vulkanları Turizm Kompleksi barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbir zamanı keçirilən brifinqdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova jurnalistlərə turizm kompleksinin missiyası və gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, onların maraq doğuran suallarını cavablandırıb.
Qeyd edək ki, aprelin 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma tədbirində iştirak ediblər.