Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumun Ümumdünya İrs Mərkəzinin direktorunun müavini Jyoti Hosagrahar ilə görüşüb.
Görüşdə Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Fuad Nağıyev yeni yaradılmış Turizm Agentliyinin fəaliyyəti, turizm sahəsində ölkədə aparılan islahatlar, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib.
Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması xatırlanaraq, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
Mənbə: AzərTAc