Dövlət Turizm Agentliyində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib

09:21 18.12.2019
Dekabrın 17-də Dövlət Turizm Agentliyində Agentliyin dövlət qulluqçusu kateqoriyasına aid edilən əməkdaşlarının iştirakı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
 
Təlimdə Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatla çıxış edib.
 
Təqdimatda auditoriyaya dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin əsasları, məqsədləri, qiymətləndirmə prosesinin təşkili, qiymətləndirmə meyarları, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə hüquq və vəzifələr kimi mövzular üzrə ətraflı məlumat verilib, həmçinin dünya təcrübəsində bu sistemin tətbiqi formaları barədə nümunələr gətirilib.
 
İnteraktiv formada baş tutan təlimdə iştirakçıların maraq doğuran sualları cavablandırılıb.