Dövlət Turizm Agentliyinin elan etdiyi müsabiqənin qalibləri açıqlanıb

12:51 10.12.2019
Dövlət Turizm Agentliyinin 27 sentyabr – Ümumdünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda elan etdiyi müsabiqənin qalibləri noyabrın 29-da “Azərbaycan Turizm Sammiti 2019” çərçivəsində mükafatlandırılıblar.
 
“Ən yaxşı yazı” nominasiyası üzrə
 
I yer – Günel Hacıkərimli, “Qafqazinfo.az”, “Üç qardaşın saldığı kənd - “Rəsm dəftərimizdəki yer”dən reportaj”
II yer – İlhamə İsabalayeva, “Trend.az”, “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları”
III yer – Təranə Məhərrəmova, “Kaspi” qəzeti, “Pul gətirən qonaqlar”
 
“Ən yaxşı TV süjeti” nominasiyası üzrə
 
I yer – Nigar Cahangir, ATV, “Şirvan Milli Parkı”
II yer – Xəyalə Əziz, İTV, “Turpaketlər bölgə turizminə nə kimi töhfə verir”
III yer – Ülviyyə Sabirqızı, CBC TV, “Müalicə və səyahət məqsədilə Azərbaycana gələnlərin sayı artır”
 
“Ən yaxşı foto” nominasiyası üzrə
 
I yer -
II yer – Hicran Babayev
III yer – Namiq Nəcəfov