Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 11-də Dövlət Turizm Agentliyinin rəhbərliyi və əməkdaşları Ağdam rayonunda ağacəkmə aksiyasında iştirak ediblər.
Ağacəkmə aksiyası Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə baş tutub.
Aksiya mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə həyata keçirilib. Həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.