Dövlət Turizm Agentliyinin əsasnaməsinə dəyişiklik edilməsi haqda fərman imzalanıb

18:45 24.09.2020
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822, № 10, maddələr 1586, 1588) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.30-1-ci yarımbənd əlavə edilsin:
 
“3.0.30-1. turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;”.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2020-ci il.