27-28 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin və strukturuna daxil olan qurumların əməkdaşları üçün “Səriştə modelinin dövlət qulluğunda tətbiqi” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimdə ümumi səriştə modeli, onun səviyyələri, dövlət qulluğunda tətbiqinin əhəmiyyəti, davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, situasiya mühakimə testləri, səriştə əsaslı müsahibələr, həmçinin səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin aparılması ilə bağlı məlumat verilib.
Həmçinin təlimdə real iş situasiyalarının müzakirəsi, komanda tapşırıqları və simulyasiya məşqləri təşkil edilib, iştirakçıların sualları cavablandırılıb.