DTA əməkdaşları və turizm sənayesi nümayəndələri Ulu Öndərin 102-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər

11:44 10.05.2025
Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.