İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilənlər siyahısında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşları - İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsinin müdiri Hüseynova Mehriban Samid qızı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Talıbzadə Cəmilə Maksim qızı da yer alıblar.
Onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.
Həmkarlarımızı yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə ürəkdən təbrik edirik!
Həmkarlarımızı yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə ürəkdən təbrik edirik!