Dekabrın 12-də Dövlət Turizm Agentliyinin əməkdaşlarına “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib
Təlimdə Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov təqdimatla çıxış edib.
Təqdimatda DTA əməkdaşlarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, meyarları, məqsədi, bu prosesə hazırlıq, hüquq və vəzifələr, qiymətləndirilmə dövrü və onun nəticəsinə əsasən tətbiq edilən tədbirlər, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində iştirakçıların maraq doğuran sualları təlimçi tərəfindən cavablandırılıb.
Qeyd edək ki, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda onun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir.