DTA əməkdaşlarına “Əməyin mühafizəsi” mövzusunda təlim keçirilib

09:46 20.12.2024
Dekabrın 18-də Dövlət Turizm Agentliyin əməkdaşları üçün “Əməyin mühafizəsi” mövzusunda nəzəri və praktiki təlim təşkil edilib.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsi anlayışı, əsas prinsipləri, bu sahədə işəgötürənin və işçilərin vəzifələri barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlimin sonunda iştirakçılara praktiki nümunələr göstərilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2024-cü il üzrə illik iş Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə təşkil olunub.