DTA əməkdaşlarına “İlkin təəssürat, işgüzar mühitdə davranış qaydaları və ünsiyyət bacarıqları” üzrə təlim keçirilib

15:17 29.11.2024
Noyabrın 29-da Dövlət Turizm Agentliyinin Aparatının və regional turizm idarələrinin əməkdaşları üçün “İlkin təəssürat, işgüzar mühitdə davranış qaydaları və ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara ilkin müsbət təəssüratın yaradılması, təşkilati davranışların idarə olunması və effektiv işgüzar ünsiyyət qurmağın yolları ətraflı izah edilib, mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2024-cü il üzrə illik iş Planı”nın müvafiq bəndinə uyğun olaraq təşkil edilib.