DTA əməkdaşlarına “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda təlim keçirilib

21:00 14.10.2022
Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin əməkdaşlarına “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda təlim təşkil olunub.
 
Dövlət İmtahan Mərkəzinin Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən keçirilən təlimdə Agentliyin 18 əməkdaşı iştirak edib.
 
Təlim 2022-ci il üçün iş planının icrasını təmin etmək, həmçinin 2021-ci il üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə müvafiq olaraq təşkil edilib.