Dekabrın 17-də Dövlət Turizm Agentliyin əməkdaşları üçün “Vaxtın idarə edilməsi” mövzusunda təlim təşkil edilib.
Təlim zamanı iştirakçılara vaxtın idarə edilməsinin mahiyyəti, üsulları, əsas prinsipləri, prioritetlərin müəyyən edilməsi və vaxtın optimallaşdırılması üçün hansı alətlərin istifadə olunması barədə ətraflı məlumat verilib, mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və iştirak sertifikatları təqdim edilib.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2024-cü il üzrə illik iş Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə təşkil olunub.