Dövlət Turizm Agentliyinin İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsi tərəfindən Agentliyin strukturuna daxil olan Regional Turizm İdarələrinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə korrupsiyaya qarşı mübarizə istiqamətində beynəlxalq və lokal səviyyədə görülən tədbirlər, korrupsiya hüquqpozmaların növləri və mənfi nəticələri, habelə bu istiqamətdə risklərin idarə edilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mövzular işıqlandırılıb.
Təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti və tətbiqi məsələləri barədə iştirakçılara məlumat verilib. Mövzu ilə əlaqədar bir sıra aktual məsələlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.