İşçilər və işəgötürənlər arasında əmək münasibətləri oktyabrın 24-də Dövlət Turizm Agentliyinin İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsi tərəfindən Agentliyin tabeliyində fəaliyyət göstərən qurumlar üçün “Daxili intizam qaydaları” mövzusunda keçirilən onlayn təlimdə müzakirə olunub.
Həmçinin iştirakçılara işçilərin və işəgötürənlərin hüquqları, vəzifələri, müəssisədə ümumi davranış qaydaları haqqında məlumat verilib.
Təlim çərçivəsində əməkdaşların Azərbaycan Respublikasının Əmək qanunvericiliyində əks olunan mövzulara, eləcə də Agentliyin 12 iyul 2021-ci il tarixli Daxili intizam qaydalarına olan münasibəti, tətbiq etdikləri zaman qarşılaşdığı çətinliklər ətrafında fikir mübadiləsi aparılıb.
Onlayn təlimdə DTA-nın tabeliyində olan qurumlarda çalışan 41 əməkdaş iştirak edib.