Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında elan etdiyi müsabiqə davam edir.
Dövlət Turizm Agentliyi KİV nümayəndələri və fotoqrafları xüsusi mükafatların təqdim olunduğu müsabiqədə aktiv iştirak etməyə dəvət edir.
Məqalə, televiziya süjeti və foto nominasiyaları üzrə “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə cari ilin 20 sentyabr – 20 oktyabr tarixlərini əhatə edir.
Hər nominasiya üzrə 1-ci yerin sahibləri cari ilin noyabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək “EXPO 2020 Dubai” tədbirində Azərbaycan pavilyonunu ziyarət etmək üçün 3 günlük iştirak haqqı qazanacaqlar.
2-ci yerin sahibləri Şuşaya 3 günlük səfər (“Xarıbülbül” hoteli), 3-cü yerin sahibləri isə “Şahdağ” Turizm Mərkəzinə (“Şahdağ Hotel və Spa”) 3 günlük səfər haqqı qazanacaqlar.

Müsabiqənin şərtləri:
- Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir;
- Məqalələr, fotolar və televiziya süjetləri yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü (20 sentyabr – 20 oktyabr 2021-ci il) əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir;
- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər;
- Hər bir jurnalist, müxbir və fotoqraf müsabiqəyə yalnız bir məqalə, süjet və ya foto təqdim edə bilər;
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən, fotolar isə peşəkar fotokamera ilə çəkilməklə 3000 pikselə qədər ölçüdən və JPEG formatında 5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir;
- Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;
- Məqalələrin sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət ifadə qeyd olunmalıdır;
- Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.
- Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə “fikrat.tahmazov@tourism.gov.az” ünvanına göndərilməlidir.
- Televiziya süjeti DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 oktyabr 2021-ci il tarixinədək Dövlət Turizm Agentliyinə (Ünvan: Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək “fikrat.tahmazov@tourism.gov.az” poçt ünvanına göndərilməlidir.
Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).
Materialların qiymətləndirilmə meyarları:
- Aid olduğu mövzunu əhatə etməsi, jurnalist araşdırması,
- Əsaslandırma və faktların əlaqələndirilməsi;
- Materialın informasiyalılıq səviyyəsi;
- Yazının və reportajın dil və üslub xüsusiyyətləri;
- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi;
- Müqayisəli təhlil üslubu;
- İctimai maraqların müdafiəsi.