Yanvarın 17-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərində yerləşən “Sənətkarlar evi”ndə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan turizm sektorunun nümayəndələrini qəbul edib.
Qəbuldan öncə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Fuad Nağıyev qəbul zamanı vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbul prosesində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova da iştirak edib.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.