İnsan alveri ilə mübarizəyə dair maarifləndirici buklet hazırlanıb

10:24 23.12.2025
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın "İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə" bəndinin icrası məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən “İnsan alverinə qarşı birlikdə! Təhlükəsiz səyahət - güvənli gələcək” adlı buklet hazırlanıb.

Bukletdə insan alveri anlayışı, formaları, yaratdığı risklər, nəzərdə tutulan cinayət məsuliyyəti, qurbana çevrilməmək üçün tövsiyələr və digər məqamlar əksini tapır. Materialda qeyd olunur ki, insan alveri ilə bağlı şübhəli hallarla rastlaşdıqda 152 qaynar xəttinə müraciət edilə, ölkə xaricində isə Azərbaycanın səfirlik və konsulluqlarından yardım alına bilər.

Bukleti yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://tourism.gov.az/uploads/documents/bukletl%C9%99r_2025/_insan_alveri_buklet.pdf