“Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunun daxili və xarici turistlərə göstərdiyi xidmətlərin çeşidi və səviyyəsi, buradakı obyektlərin cari vəziyyəti və qoruğun gələcək perspektivləri iyulun 7-də müzakirə edilib.
Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev qoruqda baxış keçirib və Lahıcın daha da cəlb edici turizm məkanına çevrilməsinə dair tapşırıqlar verib.
Qeyd edilib ki, mövcud olan problemlər qısa müddət ərzində həllini tapmalı və qonaqların məmnunluğu təmin edilməlidir. Qoruğun bütün strukturları öz fəaliyyətini tam və vaxtında təmin etməlidirlər, cavabdeh şəxslər vəzifə məsuliyyətlərini tam dərk edib icra etməlidirlər.
Qərar qəbul edilib ki, yaxın zaman ərzində qoruqda yeni idarəetmə üsulları tətbiq edilsin, Lahıcın qədimiliyi, tarixi-mədəni xüsusiyyətləri qorunub saxlanmaqla yeni infrastruktur layihələr gerçəkləşdirilsin.