Avqustun 30-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 250-ə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş keçirilib.
Görüşdə ölkə ərazisində fəaliyyət göstərən mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub.
Görüş zamanı Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqda, eləcə də tətbiq olunan məhdudiyyətlərlə bağlı mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib.
İştirakçılar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sentyabrın 1-dən etibarən mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVID-19 pasportu əsasında həyata keçirilməsi tələbi ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması üçün hazırlanmış xüsusi mobil tətbiq barəsində məlumatlandırılıb.
Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndəsi tərəfindən mobil tətbiqin istifadəsi ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb
Dövlət Turizm Agentliyinin nümayəndələri iştirakçılara COVID-19 pasportunun tələb olunduğu qonaq kateqoriyası, qonaqlardan COVID-19 pasportunun tələb olunacağı tarix, dozaların sayı, eləcə də mehmanxanada çalışan işçilərin peyvənd olunması ilə bağlı tələblərə dair ətraflı izahlar veriblər.
Onlayn görüşdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi, Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, COVID-19 pasportu COVID-19-a qarşı tam peyvənd olunmanı (hər iki dozanın qəbulunu) və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiq edən sənəddir.
Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib.
Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib.
Nazirlər Kabinetinin 151 saylı qərarına əsasən 1 sentyabr 2021-ci il tarixindən mehmanxanalarda qapalı məkanlarda yalnız 2-ci doza vaksini qəbul etmiş, immunitet arayışı və ya əksgöstəriş sertifikatı olan şəxslərə xidmət göstəriləcək.