İyulun 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Dövlət Miqrasiya Xidməti və “ForAzerbaijan” Beynəlxalq Təşkilatı tərəfindən şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçılarını “Yanardağ” qoruğunda qonaq qəbul edib.
Paylaşımda belə qeyd olunur:
“Uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir edən, onların bilik və bacarıqlarını inkişaf etdirən bu cür layihələrin keçirilməsi çox önəmlidir.
“Qaliblər”imizlə görüşdə onlarda söhbət elədik, oynadıq, birlikdə əyləndik. İnanıram ki, dünənki gün uşaqların yaddaşında həmişə xoş və maraqlı xatirələrlə qalacaq.
Vətən müharibəsində şanlı zəfəri bizə yaşadan şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hamımızın borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.