Qazaxıstanda Azərbaycanın turizm potensialı təbliğ edilib

16:44 05.12.2019
Dekabrın 5-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində Azərbaycanın turizm potensialının təbliğinə həsr olunmuş seminar keçirilib.
 
Seminar çərçivəsində iştirakçılara Azərbaycanın turizm məhsulları, yeni turizm marşrutları, müalicəvi turizm obyektləri, qış turizmi və qolf turizmi haqda geniş məlumat verilib.
 
Tədbirdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, ölkədə fəaliyyət göstərən qabaqcıl hotellərin nümayəndəri təqdimatlar keçirərək Bakı, eləcə də Naftalan, Lənkaran, Siyəzən kimi bölgələrin hotel bazası haqda iştirakçıları məlumatlandırıblar.
 
Qeyd edək ki, 2019-ci ilin yanvar-noyabr aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% artaraq 43646 nəfər təşkil edib.